35 dəqiqəlik ÜÇLÜ ZİRVƏ GÖRÜŞÜNÜN PƏRDƏARXASI

Türkiyə prezidenti Ərdoğan, baş nazir Yıldırım və MHP-nin lideri Baxçalının bir araya gəldiyi görüşdə yeni sistemin həyata keçməsinə dair detallar ilə Məclis təqvimi müzakirə olunub. Ərdoğanın kabinet şəkli başda olmaqla, Prezident Hökumət Sisteminə dair struktur dəyişikliklərinin ana xətlərinə də toxunulduğu bildirilib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, seçkilərə ittifaqda getdiyi MHP-nin sədri Dövlət Baxçalı ilə bir araya gəlib. Görüşdə baş nazir Binalı İldırım da iştirak edib. Seçki nəticələri ilə yanaşı, yeni sistemin həyata keçməsinə dair detallar ilə Məclis təqviminin müzakirə olunduğu görüşdə Prezident Ərdoğanın kabinet şəkli başda olmaqla, Prezident Hökumət Sistemi münasibətin struktur dəyişikliklərinin ana xətlərinə toxunduğu qeyd olunub. Yeni sistem quruluşuna dair aktlar ilə Türkiyə Böyük Millət Məclisinin nizamnaməsi başda olmaqla, Məclisin iş üsul və əsaslarına yönəlik daha əvvəl qurulan razılıq komissiyanın canlandırılması və işlərin koordinasiyalı aparılmasında razılığa gəlinib. Fövqəladə vəziyyət, bədəlli əsgərlik və amnistiya aktlarının də bu çərçivədə ələ alınmasında fikir birliyi təmin olunub.
Müxalifət.az
yyətə gəldiyi yerlərdən çəkilən terror təşkilatı PKK-nın ciddi səviyyədə maddi itkiyə məruz qaldığına da diqqət çəkiblər. Bölgədəki kəndlilərdən başda sözdə yol və xidmət vergisi adı altında nizamlı xərac toplayan təşkilatın, bu gəlirdən də məhrum olduğu bildirilib.
Müxalifət.az