​4 ölkə Türkiyəyə qarşı hərbi təlimlər keçirir - Perinçək

Baxış sayı:
5065

ABŞ, İsrail, Yunanıstan və Cənubi Kipr Türkiyə ordusunu hədəf alan hərbi təlimlər keçir.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək bildirib.
Perinçək artıq Türkiyənin NATO ölkəsi sayılmadığını, alyansın da Türkiyəni kənarlaşdırmaq istədiyini söyləyib:
"Xatırlayarsınızsa, Norveçdə keçirilən hərbi təlimdə NATO-nun hədəfində birbaşa Atatürk və Türkiyə prezidenti var idi. Sonuncu dəfə də 19-29 mart tarixlərində 4 ölkənin keçirdiyi təlimdə gəmilərin lülələri Türkiyəyə doğru çevrilmişdi".