5 il əvvəl dənizdə itkin düşən daha 2 neftçinin cəsədi tapıldı

Baxış sayı:
1627

“May ayının 19-da 2015-ci il dekabrın 4-də Azneft İB(Baş direktor Daşqın İsgəndərov, hal-hazırda SOCAR vitsesi) struktruna daxil olan “28 May” adına NQÇİ-nin 10 saylı platformasında baş vermiş qəza nəticəsində itgin düşmüş daha 2 neftçinin cəsədi Günəşli yatağının yerləşdiyi ərazidə müşahidə olunub. Bir neçə gündür ki, cəsədləri çıxarmağa çalışırlar”.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.

“Aldığım bir məlumatda  da qeyd olunub ki, Azneft İB-nin hazırki Baş direktoru Şahmar Hüseynovun təşəbbüsü ilə Günəşli yatağı ətrafında, sualtı hidrotexniki qurğuların yerləşdiyi ərazidə axtarışlar başlanıb. Bunu 4 il əvvəl edə bilmirdiniz ki, cənablar?”,- deyə Qəhrəmanlı sual edir.