68 yaşlı kişi İNTİHAR ETDİ - Şabranda
3-07-2018 12:45
Baxış sayı:
3913

Şabranda intihar faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aygünlü kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Surəddin Cəfərov özünü asıb.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.