ABŞ 2500 İRANLINI ÖLKƏDƏN ÇIXARIR

Baxış sayı:
3283

ABŞ hökuməti ölkədən 2,5 min iranlını deportasiya edə bilər.

Muxalifət.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Moctabu Zolnura “Etemad” qəzetinə müsahibəsində deyib.

“ABŞ-ın eks-prezidenti Barak Obama 2500 iranlıya, o cümlədən İran məmurlarının ailələrinə Tehranla imzalanan nüvə müqaviləsi çərçivəsində ABŞ vətəndaşlığı verdi. Bu, Həsən Ruhaniyə bağlı olan yüksək vəzifəli məmurlara qarşı edilən jest idi. Əgər bu gün həmin iranlılar deport edilsə, o zaman kimin bunda iştirak etdiyi və amerikalılara bizim maraqlarımızı konfet kimi kimlərin satdığı bəlli olacaq. Bu siyahıdakı şəxslərin yalnız 60 nəfəri ABŞ-da təhsil alır, yerdə qalanlar isə İranın milli maraqlarına qarşı çalışırlar”, – deyə o bildirib.