ABŞ bu il üçün xarici ölkələrə 55 milyard dollarlıq silah satıb
17-10-2019 00:08
Baxış sayı:
10076

ABŞ Müdafiə Nazirliyinin sentyabrın 30-da başa çatan 2019 maliyyə ilində müttəfiqlərinə və tərəfdaş ölkələrə ümumi dəyəri 55 milyard dollardan çox silah satdığı məlum olub.
Bu barədə ABŞ-dakı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, bu, ötən illə müqayisədə artıq rəqəmdir. (Ordu.az)