ABŞ-da güclü partlayış: İtkin düşən var
15-03-2018 21:00
Baxış sayı:
3742

ABŞ-ın Texas ştatının Kresson şəhərində kimya zavodunda güclü partlayış baş verib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, partlayış zamanı 1 işçi ağır yaralanıb, biri isə itkin düşüb.
Hadisə yerinə 3 təcili yardım maşını gəlib.
Partlayışa görə hələ ki, yaxınlıqda yaşayan əhali evakuasiya edilməyib.
Qeyd edək ki, partlayışın baş verdiyi zavod sabun və asid turşusu kimi məhsullar istehsalı edir.