ABŞ-da QƏZET OFİSİNƏ HÜCUM

ABŞ-ın Merilend ştatının Annapolis şəhərində qəzet binasına silahlı hücum təşkil olunub. İlk gələn məlumatlara görə hücumda ölü və yaralıların olduğu bildirilib.
ABŞ-ın Merilend ştatında yerli bir qəzet binasına bir nəfərin təşkil etdiyi silahlı hücumda ölü və yaralının olduğu və şübhəlinin yaxalandığı bildirilib. Amerikan mediası ən az 5 adamın həyatını itirdiyini iddia edib.
ABŞ-da paytaxt Vaşinqtona 1 saatlıq məsafədə yerləşən Annapolis şəhərində “Capital Gazette” adlı yerli qəzet binasına silahlı hücum baş verib.
Merilend Meri Larri Hogan, hücumda çox sayda ölü və yaralının olduğunu açıqlayıb, ancaq istintaq hələ başa çatmadığı üçün ölü sayını indiki mərhələdə bildirilməyəcəyini deyib.
Polis rəsmisi Stiv Schuh da, təcavüzkar olduğu düşünülən bir şübhəlinin nəzarətə alındığını, bu şəxsin sorğu-sual olunduğunu və başqa bir təcavüzkar olmadığını bildirib. Schuh, təcavüz ilə bağlı bildirişin alınmasından təxminən 1 dəqiqə ərzində təhlükəsizlik qüvvələrinin təcavüz yerinə çatıb, hadisəyə müdaxilə etdiklərini qeyd edib.
Müxalifət.az