ABŞ-da Trampa qarşı 600 aksiya: Prezidentimiz deyilsən
1-07-2018 23:02
Baxış sayı:
2887

ABŞ Prezidenti Donald Trampın miqrasiya siyasətinə etiraz edən minlərlə amerikalı ABŞ küçələrinə çıxıb.
Muxalifet.az xəbər verir ki, ölkə ərazisində ümumilikdə 600-dən çox aksiya təşkil olunub.
Nyu Yorkda minlərlə insan Bruklin körpüsü yaxınlığında toplaşıb. Bu şəhər ABŞ-da demokratiyanın simvolu olmaqla bərabər, eyni zamanda, Donald Trampın doğulduğu yerdir.
İştirakçılar əllərində “Ailələri ayırmayın”, “Donald Tramp getməlidir”, “Cənab prezident, necə olur ki, Meksika mətbəxini sevdiyiniz halda, meksikalıları sevmirsiniz?”, “Qaçqınlar, xoş gəlmisiniz” yazılmış plakatlar daşıyıb.
Vaşinqtonda amerikalılar Trampın oteli qarşısında toplanaraq “Rüsvayçılıq! Bu bizim prezidentimiz deyil” şüarını səsləndiriblər.