ABŞ-dan Türkiyə açıqlaması: ARTIQ QƏBUL ETMƏLİYİK

Baxış sayı:
3157

Türkiyəylə bağlı bəyanatlar verən ABŞ-ın dövlət katibi Mayk Pompeo, “Türkiyədə seçki başa çatıb. Daha da (Artıq) səmərəli bir müzakirə prosesinə başlamalııyıq” deyib. Pompeo bundan başqa, “Artıq Türklərlə birlikdə ən yaxşı şəkildə işləməyi qəbul etməyimiz lazımdır” deyə, bildirib.
 
Dövlət katibi Pompeo, Senatın Təsisatlar Komitəsində nazirliyin 2019 büdcəsinə dair senatorların suallarını cavablandırıb.
Pompeo, Senat üzvlərinə çıxışında, "Türkiyədə seçki başa çatıb. Daha da (Artıq) səmərəli bir müzakirə prosesinə girməliyik" deyib.
 
MÜNBİÇ PROSESİ MƏSƏLƏSİNDƏ ÜMİDLİYƏM
 
ABŞ və Türkiyə arasında Münbiç məsələsində razılığa gəlindiyinə vurğu edən Pompeo, münasibətlərin bu proses üzərində qurulması məsələsində ümidli olduqlarını deyib.
 
TÜRKİYƏ İLƏ ƏLAQƏLƏRİMİZ ÇƏTİNDİR, SDG İLƏ MÜNASİBƏTİMİZDƏN MƏMNUN DEYİLLƏR
 
Pompeo, bundan başqa, “Mənim bu vəzifəyə gəldiyim zamandan bəri Türkiyəylə münasibətlər çətindir, ancaq daha əvvəl də elə idi. Bizim SDG ilə yaxın əlaqə qurmağımızdan məmnun deyillər. Üç həftə əvvəl Münbiç məsələsində tərəqqi əldə etdik" deyə, söyləyib.
 
TÜRKLƏRLƏ ƏN YAXŞI ŞƏKİLDƏ YAN-YANA İŞLƏMƏYİ QƏBUL ETMƏYİMİZ LAZIMDIR
 
Türkiyə ilə varılan Münbiç razılığına işarə edən Pompeo, “Nəticədə onlar (Türklər) siyasi həllin mühüm bir hissəsi olacaqlar. Onlarla ən yaxşı şəkildə yan-yana işləməyiqəbul etməyimiz lazımdır" deyə, dəyərləndirmə edib.
Müxalifət.az