ABŞ-dan Türkiyə ilə bağlı növbəti açıqlama
2-07-2018 23:53
Baxış sayı:
5029

Türkiyənin pilotları və xidmət personalı qısa müddət ərzində Arizonada uçuş təlimlərinə başlayacaq, ancaq ABŞ hökuməti Türkiyənin F-35 proqramında iştirakı barədə hələ bir qərar verməyib.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü polkovnik Rob Manninq deyib.
Mövcud müqavilələr çərçivəsində təyyarənin bir müddət ABŞ-da nəzarətdə qalacağını bildirən Manninq pilotların təliminin təxminən 2 il davam edəcəyini söyləyib.