ABŞ-ı qana bulayacaqdı: FTB BƏYAN ETDİ
3-07-2018 09:58
Baxış sayı:
2968

ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB), 4 iyul Müstəqillik Günü ilə bağlı bayram tədbirlərini qana bulamaq istəyən bir Əl-Qaidə döyüşçüsünün yaxalandığını açıqlayıb.
FTB, Pensilvaniya ştatının Filadelfiya şəhərində 4 iyul Müstəqillik Gününün bayram edilməsi əsnasında bombalı hücum təşkil etməyi planlaşdıran bir Əl-Qaidə döyüşçüsünün yaxalandığını açıqlayıb.
48 yaşlı Demetrius Pitts adlı şəxsin hücumu təşkil etməkdə məqsədinin Əl-Qaidəyə olan bağlılığını göstərmək olduğu ifadə edilib. Pitsin 20 il həbs cəzası ilə mühakimə olunması gözlənilir.
Müxalifət.az