ABŞ-ı TAMAMILƏ ƏLƏ KEÇİRDİLƏR

ABŞ xarici siyasətini tamamilə İsrailin sərəncamına verib. Tramp rəhbərliyi, İsrailin Fələstindəki işğal və qırğınlarını tənqid edən BMT İnsan Haqları Şurasından ayrılıb. ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley, bu addımı "Şuranın xroniki İsrail qarşı mühakiməsi var" şərhi ilə əsaslandırıb. ABŞ, İsrail üçün daha əvvəl də UNESCO-nu tərk etmişdi.
ABŞ, İsrailə haqq və hüquq xəbərdarlığı edən BMT İnsan Haqları Şurasından ayrılıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, ölkəsinin BMT İnsan Haqları Şurasından ayrıldığını bildirərək, "Bu Şura adına layiq deyil" deyib. Haley və ABŞ xarici işlər naziri Mayk Pompeo, açıqlamanı ABŞ Xarici İşlər Nazirliyində təşkil etdikləri birgə mətbuat konfransında bildirib.
HALEYİN HÜQUQ ALLERGİYASI
ABŞ prezidenti Donald Trampın bir il əvvəl BMT İnsan Haqları Şurası daxilində islahat aparılmasa, ABŞ-ın çəkiləcəyini bildirdiyini xatırladan Haley, bu müddət ərzində Şurada bir dəyişiklik olmadığı dəyərləndirməsini edib. Haley, "Şuranın xroniki bir İsrail qarşı mühakiməsi var" deyib. Haley həmçinin, Şuranın tərkibində edəcəyi yeniliklərdən sonra ABŞ-ın təkrar qatıla biləcəyini qeyd edib.
LOBBİNİN NAZİRİ DANIŞDI
İsrail lobbisinin Vaşinqtondakı adamı kimi tanınan ABŞ dövlət katibi Mayk Pompeo isə Şuranın insan haqları pozuntularını müdafiə nöqtəsində "yetərsiz" olduğunu irəli sürüb. Şuranın "insan haqlarını pozan ölkələr yaratdığını" iddia edən Pompeo, İsrailə BMT İnsan Haqları Şurası tərəfindən edilən tənqidlərin "ikiüzlülük olduğunu" deyib.
YUNESKO-dan DA ÇƏKİLİB
ABŞ, BMT sistemi içindəki YUNESCO-nu da İsrailə görə tərk edib. ABŞ 12 noyabr 2017-də "İsrail əleyhinə mövqeyi" və "struktur islahat ehtiyacı" səbəbilə YUNESKO-dan ayrıldığını bildirib.
QÜDSÜ İLHAQ QƏRARI
ABŞ prezidenti Donald Tramp, İslam dünyasından gələn bütün təpkilərə baxmayaraq Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıyaraq işğalı qanuniləşdirmək istiqamətində addım atıb. ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürdü.
İRANLA MÜQAVİLƏNİ LƏĞV ETDİ
İran ilə Qərb ölkələrinin imzaladığı nüvə müqaviləsinə qarşı ən sərt çıxan ölkə, nüvə raket istehsalçısı olan İsrail idi. ABŞ prezidenti Donald Tramp, 6 ölkənin İran ilə imzaladığı nüvə müqaviləsindən çəkildi və İrana yönəlik sanksiyaları yenidən tətbiq etdi.
Müxalifət.az