ABŞ ikili oyunu davam etdirir: AMERİKANIN SİLAH DOLU KARGO TƏYYARƏSİ BÖLGƏYƏ ENDİ

Baxış sayı:
7540

İkili oyunlarına davam edən ABŞ, daha bir qalmaqal bir həmlə edib. PKK-lı terrorçuları Münbiçdən çıxarma sözü verib, sonra şəhəri Qəndilin terrorçu heyətinə təslim etməyə çalışan ABŞ, Hasəkə-Tel Bəydərədə inşa edilən yeni hava bazasına bir yük təyyarəsi dolu silah gətirib.
 
İŞİD təhlükəsini bəhanə edərək Suriyaya girən ABŞ qüvvələri Hasəkə-Tel Bəydər bölgəsində yeni hava bazası inşa edib və 27 iyunda terror cəbhəsinə ilk daşıması kargo təyyarəsi ilə həyata keçirib. Türkiyə sərhədinə 35 kilometr məsafədə yerləşən Tel Bəydər bölgəsində 1 ildir tikinti işlərini davam etdirən Pentaqon, silah və sursat yüklənmiş 2 yük təyyarəsini, yeni inşa etdiyi Tel  Bəydərə endirib. Amerika Hava Qüvvələrinə məxsus C-17 və bir ədəd də C-130 tipli yük təyyarəsi, hava bazasına enərək birbaşa aparılan ilk hava daşımasını həyata keçirib.
Daha əvvəl PKK-ya sursat aparan 2 min yük təyyarəsi, İraqın Ərbil şəhərindəki ABŞ bazalarına enir, silahlar buradan quru yolla Suriyaya daşınırdı.
 
ÇƏKİLİRİK, - Deyən ABŞ, YENİ RADAR BAZASI YARADIR
 
Suriya şimalındakı Tel Bəydərdə fövqəladə təhlükəsizlik tədbirləri görən ABŞ, həmin ərazidə bir dənə də radar bazası yaradır. Tel Bəydərdə keçmiş simsiz, radio və tv vericilərinin olduğu sahəni də hərbi bölgəyə daxil edən Pentagonun Bəydər təpəsində inşa işləri aparır. ABŞ prezidentinin "Suriyadan çəkilirik" açıqlamasına baxmayaraq, ölkənin şərq və şimal regionlarında yeni hərbi qərargahlar inşa edən Pentaqon, Suriyadakı bazalarını yeraltı kommunikasiya vasitəsi ilə bir-birinə bağlayır. Hasəkə-Rimeylanı mərkəz məntəqə olaraq müəyyən edən ABŞ ordusu, Eyn əl-Arab, Hasəkə, Tabka, Münbiç, Tel Abyad, Deyrizor və Rakkada yerləşən bütün hərbi nöqtələrini lif şəbəkələrlə birləşdirir. ABŞ-ın PKK işğalında olan ərazilərdə hazırda 17 hərbi mərkəzi yerləşir.
 
BÖLGƏ ƏHALİSİNƏ 5 KM-lik QADAĞA
 
PKK-ABŞ əməkdaşlığı ilə işğal edilən bölgələrdəki hərbi bazalarda qoruma tədbirləri fövqəladə artırılıb. Pentaqon tərəfindən seçilən nöqtəyə bölgə xalqının 5 kilometrdən artıq yaxınlaşması qadağan olunub. İraqın Ərbil şəhərini 3 ildir silah və sursat transferində paylama mərkəzi olaraq istifadə edən ABŞ, yeni dövrdə Tel Bəydər və Arab İşığı bölgəsini Suriya üçün "lojistika mərkəzi" olaraq seçib. Hasəkədəki Tel Bəydərin havadan yük daşımaq üçün hazır vəziyyətə gətirilməsinə paralel olaraq Raqqanın şərq rayonlarından Tabkada nəhəng hava bazası inşası da davam edir. Suriyalı müxaliflər, Türkiyə ilə yol xəritəsi mövzusunda anlaşan ABŞ-ın Münbiçə 50 kilometr uzaqlıqdakı bölgəyə edilən silah daşımasının suallar yaratdığını deyir. İŞİD-in faktiki olaraq sona çatdığını bildirən müxaliflər, bölgəyə gətirilən yeni silah daşımasının İŞİD-lə mübarizədən fərqli bir hazırlığın təzahürü kimi şərh edib.
Müxalifət.az