ABŞ, İran EMBARQOSU ÜÇÜN TARİX VERDİ
27-06-2018 09:54
Baxış sayı:
1762

ABŞ-ın müttəfiqlərindən, İrandan etdikləri neft idxalını noyabr ayına qədər dayandırmasını istədiyi bildirilib.
ABŞ Xəzinə Nazirliyinin telekonfransla jurnalistlərə verdiyi açıqlamada, müttəfiq ölkələrin və şirkətlərinin İrandan etdikləri neft idxalını 4 noyabra qədər dayandırmalarını tələb etdiyi qeyd olunub.
Açıqlamada, sözügedən şirkətlərin bu tarixdən sonra İrandan neft idxal etdikləri təqdirdə ABŞ-ın sanksiyalarına məruz qala biləcəkləri xəbərdarlığı edilib.
Xəzinə Nazirliyinin səlahiyyətlisi, ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İrandan neft idxal edən ölkələrlə məsələ haqqında danışıqlar aparacağını qeyd edib.
Müxalifət.az