​ABŞ-ın İran hədəfi: Məqsəd rejimi dəyişmək deyil

Baxış sayı:
5047

Hədəfimiz İrana qarşı təzyiqi artıraraq neft satışını sıfra endirməkdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibliyinin nümayəndəsi Brayan Hook bildirib.
"İranla bağlı strategiyamız rejim dəyişikliyinə yox, iranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə yönəlmişdir. Məqsədimiz İran rejiminə təzyiqi artıraraq neft satışlarını sıfra endirməkdir. Qlobal bazara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq", - Hook qeyd edib.