ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - ŞOK AÇIQLAMA
3-01-2026 15:37
Baxış sayı:
409

ABŞ qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirib.
Qafqaz.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı böyük bir hücumu uğurla həyata keçirib. Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb. Əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüat daha sonra açıqlanacaq. Diqqətinizə görə təşəkkür edirik!", - Tramp bildirib.
Qeyd edək ki, bu gün ABŞ ordusu Venesuelaya zərbələr endirib.




















