ABŞ mətbuatı xəbər verdi: HÜCUMU İSRAİL HƏYATA KEÇİRİB

Baxış sayı:
6082

CNN Televiziyası, Amerikalı bir rəsmiyə əsaslanaraq verdiyi xəbərdə bazar günü Suriyanın İraqla sərhədində keçirilən və onlarla Suriya əsgərinin ölümü ilə nəticələnən hava hücumundan İsrailin məsul olduğunu yazıb.
 
Qeyd edək ki, Suriya dövlət televiziyası, təcavüzün İraq-Suriya sərhədində rejim tərəfdarı qüvvələri hədəf aldığını və çoxsaylı itkiyə səbəb olduğunu bildirmişdi.
Bazar günü keçirilən hava hücumu İraq-Suriya sərhədində Şiə milis qrupunu hədəf almış və 22 nəfərin ölümü ilə nəticələnmişdi. Mərkəzi Londonda yerləşən Suriya İnsan Hüquqları Qorunması evi rejim tərəfdarının itkisinin 52-yə çatdığını deyib.
Suriya rəsmi xəbər agentliyi “SANA”, bir hərbi qaynağa əsaslandırdığı xəbərində, hücumun Əl Bukamal qəsəbəsinin cənub-şərqində yerləşən əl Harrayı hədəf aldığını söyləyib.
ABŞ Mərkəzi Komandanlıq (Central Command) sözçüsü mayor Coş Jak, ABŞ rəhbərliyindəki heç bir koalisiya üzvü təcavüz etməyib" deyərək, Suriya televiziyasının koalisiya qüvvələrinin hava hücumu keçirməsi haqda xəbərini təkzib edib.
Müxalifət.az