ABŞ-ın narahatlığı: TÜRKİYƏ SURİYADA KÖK SALIR...

Türkiyə Suriyadakı hərbi varlığını gücləndirməklə bölgəni öz nəzarətinə götürür.
Muxalifət.az xəbər verir ki, bu fikirlər “Associated Press” (AP) agentliyinin təhlilində yer alıb.
Məqalədə Türkiyənin Suriya xalqına xərclədiyi maliyyə vəsaiti də vurğulanıb. Məsələn, yeni çəkilən asfalt yol türk qəsəbəsi ilə Suriyanın Əl-Bab rayonunu birləşdirir. Küçələrdə Türkiyə və Suriya bayraqları yanaşı dalğalanır. Hökumət binalarına vurulan lövhələrdə ərəb və türk dillərindən istifadə olunur.
Agentlik müharibədən sonra Əl-Babın Türkiyə tərəfindən yenidən inşa edildiyini bildirib.
Xəbərdə Türkiyənin Suriyadakı mövcudluğundan ABŞ-ın keçirdiyi narahatlığın səbəbi də qeyd edilib: “Türkiyə hazırda 4 min kvadrat kilometrlik ərazidə söz sahibidir. Suriya əhalisinin təxminən 25 faizi birbaşa və ya dolayısı ilə Türkiyənin nəzarətinə keçib".
Türk əsgərləri ilə yerli uşaqların oynaması da AP müxbirinin gözündən yayınmayıb.