ABŞ PREZİDENTİ YENƏ TƏƏCCÜBLƏNDİRDİ: Bağdadini təqib edən iti Ağ Evə dəvət etdi və...
29-10-2019 23:57
Baxış sayı:
5026

ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi əməliyyatında iştirak etmiş iti rəsmi şəkildə Ağ Evə dəvət edib. Muxalifet.az “The New York Times”a istinadən xəbər verir ki, Tramp bundan əvvəl itin fotosunu paylaşaraq xidmətlərini qeyd etmişdi. Konan adlı it əməliyyat zamanı yüngül yaralandığından reabilitasiya mərkəzindədir. Qeyd edək ki, itə yumor ustası Konan O'Brayenin şərəfinə “Konan” adı verilib.