ABŞ qərarına ALMANİYADAN SƏRT TƏPKİ

Baxış sayı:
2977

Alman hökumətinin insan haqları və humanitar yardım üzrə məsul vəzifəlisi Baerbel Boşlar, ABŞ-ın, BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarına təpki göstərib.
 
Boşlar, bu gün verdiyi yazılı açıqlamada, dünyanın hər yerindəki insanların hüquqları üçün aparılan fəaliyyətlərdə ABŞ-ın keçmişdə Almaniya üçün əhəmiyyətli tərəfdaş olduğunu bildirib. ABŞ-ın bu ortaq hədəfi artıq beynəlxalq forumda davam etdirmək istəməməsinin çox kədərli olduğunu dilə gətirən Boşlar, "ABŞ-ın BMT İnsan Haqları Şurasından ayrılacağı yönündəki bəyanatından dolayı dərin xəyal qırıqlığına uğradım". Deyə, bildirib.
Boşlar, BMT İnsan Haqları Şurasının, Alman hökuməti üçün insan haqları siyasəti mövzusunda, mərkəzi bir forum və beynəlxalq qurumun mühüm bir təməl daşı olduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley dünən ölkəsinin BMT İnsan Haqları Şurasından ayrıldığını bildirərək, "Bu Şura adına layiq deyil" deyə, söyləmişdi. Xatırladaq ki, İnsan Haqları Şurasının 47 üzvü var.
Müxalifət.az