ABŞ-a son xəbərdarlıq: 294 MİLYARD İTİRƏCƏKSİNİZ

ABŞ-ın Avropa Birliyindən gətirilən avtomobil və avtoehtiyat hissələrinə tətbiq etdiyi yeni gömrük rüsumları yanlış addımdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinə Avropa Birliyinin göndərdiyi məktubda yer alıb. Rəsmi Brüssel məktubda ABŞ-ın bu addımlarına cavab veriləcəyini və nəticədə Vaşinqtonun 294 milyard dollar itirəcəyini bildirilib. Məktubda bu göstəricinin ABŞ-ın ümumi ixracının 19%-ni təşkil etdiyi vurğulanıb:
“Avropa Birliyinin ABŞ-a avtomobil və avtoehtiyat hissələrinin ixracı milli təhlükəsizlik üçün təhdid yaratmır. Hadisələrin bu cür inkişafı ABŞ-ın ticarəti, iqtisadi artımı və məşğulluğuna ziyan vurur, onun dostları və müttəfiqləri ilə əlaqələrini zəiflədir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp AB-dən idxal olunan avtomobil və avtoehtiyat hissələrinə 20% gömrük rüsumu tətbiq edəcəyini bildirib.