​ABŞ Şərqi Avropada güclənir - Rusiyadan etiraf

Baxış sayı:
3715

Rusiya müdafiə planlaşdırmasında ABŞ-ın Şərqi Avropada güclənməsini nəzərə almağa məcburdur.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“ABŞ öz ərazisindən kənarda 800 hərbi bazaya sahibdir və qlobal hava hücumundan müdafiə sistemi layihəsini reallaşdırır. NATO hələ də Şərqi Avropa üçün açıq qapı siyasətini davam etdirir ki, bu yeni bölücü xətlər yaradır və qeyri-stabilliyi gücləndirir”, – deyə o bildirib.