​ABŞ Türkiyəyə niyə F-35-lə bağlı razılıq verdi? - Rus ekspert

Baxış sayı:
5926

ABŞ-ın bu qərarı Ankaranın Rusiyadan S-400 almaq istəməyi ilə bağlıdır.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun ABŞ-dan F-35 təyyarələrinin alınacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Korotçenko qeyd edib ki, ABŞ Türkiyə bazarını itirməmək üçün belə bir qərar verib:
"ABŞ Konqresinin bütün təhdidlərinə baxmayaraq, Türkiyəyə F-35-lərin verilməsi, Ankaranın S-400 məsələsində prinsipli davrandığını göstərir. Nəticədə ABŞ məsələ ilə razılaşıb məcburi də olsa, praqmatik davranmaq məcburiyyətində qaldı"