ABŞ və İsrailin “Fələstin” fırıldağı üzə çıxdı

Baxış sayı:
3133

Fələstinin işğalına qanuni don geyindirmək istəyən Təl-Əviv rəhbərliyinin bu zaman Qəzzaya yönəlik təzyiqləri səbəbi aydınlaşmağa başlayıb. Misirdə masaya oturdulan “Həmas” təşkilatına "İsraili tanı" təzyiqi edilirkən, bir yandan daTrampın kürəkəni və müşaviri Kuşnerin rüşvət təklif etdiyi ortaya çıxıb. İşğal etdiyi Fələstin ərazilərini "Yəhudi milli dövləti" kimi tanıyan və Ərəbləri yox sayan Sionist qanun qəbul edərək dünyaya meydan oxuyan İsrail, Qəzzada “Həmas”ın müqavimətini tam qırmaq üçün hərəkətə keçib. Qəzza Zolağında “Həmas”ın silahlı qolu İzzəddin Əl Qəssam Briqadalarına aid 60 hədəfə təşkil olunan hücumların arxasında müqavimət qrupuna "İsraili tanı" təzyiqinin olduğu ortaya çıxıb. TƏZYİQ MİSİR PREZİDENTİ SİSİ VASİTƏSİLƏ EDİLİB Fəth Hərəkatı ilə razılaşma müqaviləsinə baxmayaraq Qəzzaya nəzarət edən “Həmas”, Misirdə çevrilişlə hakimiyyətə gələn Sisinin kəşfiyyatçıları ilə həftə başında bir araya gələrək yeni bir razılığa gəlib. Müqavilənin məzmunu tam bəlli olmasa da, bunun ABŞ və İsrailin tərəfdaşı Sisi vasitəsilə həyata keçirildiyi müəyyən olunub. Misir mətbuatı “Həmas”ın silah buraxmağa və terror dövlətini tanımağa çətinlik çəkdiyini yazmaqla bərabər, ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Kuşnerin də təşkilata açıq şəkildə pul təklif etdiklərini etiraf edib. Trampın kürəkəni və müşaviri Jared Kuşner, Trampın Beynəlxalq Danışıqlar üzrə xüsusi nümayəndəsi Jason Greenblatt və ABŞ-ın İsrail səfiri Devid Fridman, “Vaşinqton Post” qəzeti üçün qələmə aldığı məqalədə, "Həmasın İsrailin varlığının tam bir həqiqət olduğunu qəbul etməsi ağlabatan olacaqdır. Həmasın bu şərtləri qəbul etdiyi təqdirdə ediləcək yardımlar sayəsində Qəzza və Qərbi Şeriadakı iqtisadi problemlər tezliklə həll olunacaqdır" deyə, qeyd olunub. TƏKLİF EDİLİNCƏ, TƏCAVÜZ BAŞLANILIB “Həmas”ın təklifi qəti bir dillə rədd etməsindən sonra, İsrail dünən gecə Qəzzaya bomba yağdıraraq Fələstinli müqavimətçilərə qarşı təzyiqi artırıb. “Həmas”ı yenidən masaya çəkməyi hədəfləyən İsrail qəflətən atəşkəs elan edib. “Həmas” sözçüsü Fevzi Berhum, yayımladığı yazılı açıqlamada, "Misir və beynəlxalq tərəflərin vasitəçiliyi ilə Fələstinli müqavimət hərəkatları və işğalçı arasında atəşkəs əldə olunub" - deyib. Qəzzanın müqavimətini qıra bilməyən işğal güclərinin son həmləsi isə atəşkəs pozmaq olub. İsrail ordusu, mühasirə altındakı Qəzza Zolağı sərhədində bir müşahidə nöqtəsini tank atəşiylə vurub. Müxalifət.az