ABŞ və Rusiyanın ortaq hədəfləri: PKK PLANI ORTAYA ÇIXDI

Baxış sayı:
3271

ABŞ ilə Rusiya arasında aparılan son danışıqlarda, PKK/PYD-nin Əsəd rejiminin muzdlu əsgəri olması gündəmə gəlmişdi. Bu istiqamətdə irəliləyişlər baş verir. Əsəd rejiminin nəşr orqanı “Əl Vətən” qəzeti, PKK/PYD başçılarının Dəməşqdə danışıqlar apardığını təsdiqləyib.
 
ABŞ və Rusiya arasında aparılan danışıqlarda, PKK/PYD-nin Suriya Ordusuna qoşulması müzakirə olunan mövzu başlıqları arasında yer alır. Bu istiqamətdə, PKK/PYD terror təşkilatı, Afrin məğlubiyyətindən sonra Əsəd rejimi ilə görüşmək və Suriya ordusuna qoşulmaq hazırlığı görür. Fəratın şərqində yerləşənterror təşkilatının nəzarətində olan ərazilərə Əsəd rejiminin bayraqlarının asılması, orduya cəlb olunma şöbələrinin fəaliyyətə başlaması, dövlət işçilərinin Şamdan təyin olunması və siyasi, hərbi qurumlar tanınaraq rəsmi Dəməşqə tabe olması məsələsində danışıqlar davam edir.
 
NEFT NAZİRİ KÜRDLƏRDƏN SEÇİLƏCƏK
 
İraqda 2005-ci ildən sonra Peşmərgənin Bağdada bağlı bölgə gücü statusu eyni ilə Suriyanın şərqində YPG/PKK terror təşkilatına veriləcək. PKK/PYD terrorçularının maaşları Dəməşq tərəfindən ödənəcək. PKK/PYD sıralarında döyüşən döyüşçülər orduda xidmət etmiş kimi sayılacaq. Tərəflər arasında varılan digər bir anlaşma maddəsi əsasında PKK/PYD bölgələrində təhsil dili Kürd dilində və Ərəbcə olaraq yenidən təşkil olunacaq. PKK/PYD və Dəməşq arasında aparılan danışıqlarda Suriya neft nazirinin PKK-lı bir şəxsin olması və ABŞ əsgərinin varlığını qoruması maddələri də yer alır. Şərqdə PKK/PYD işğalında olan ərazilərdə də neft axtarma və müəssisə hüquqları Qərb şirkətləri tərəfindən aparılacaq.
 
PKK BAŞÇILARI DƏMƏŞQDƏ
 
Eyni zamanda, Rusiya da Xüms, Deir əl Zor, Lazkiyə və Tartusdakı hərbi varlığına əlavə olaraq fəal olduğu yerlərdəki neft və təbii qaz təsərrüfatı sahəsində geniş səlahiyyətlərə malik ölkə olacaq. Əsəd rəhbərliyi ilə Dəməşqdə davam edən görüşlər, ABŞ-ın Suriyadakı işğal prosesinin başladığı 2015-dən başlayaraq xüsusi təlim proseslərindən keçirdiyi Qəndil heyətindən İlham Əhməd və təşkilatın Suriya quruculuğunda bir nömrəli şəxs olan Redur Xəlil tərəfindən aparılır. Suriya Parlamentindən Ömər Osinin rəhbərliyi altında formalaşdırılan 9 nəfərlik heyət, Redur Xəlil və İlham Əhmədlə davam edən görüşlərdə fəal rol alır.
 
REJİM MƏNBƏLƏRİ TƏSDİQLƏDİ
 
“Zeytun Budağı” Hərəkatı dövrü ərzində PKK-ya açıq dəstək verən Əsəd rəhbərliyinin Afrindən sonra davam etdirdiyi görüşlər rejim mənbələri tərəfindən də təsdiqlənib. Suriyanın qaraqutusu və Əsədin əmisi oğlu olan Rami Mahlufun rəhbəri olduğu “Əl Vətən” qəzeti danışıqlar və tərəflər arasında razılaşdırılan bəzi maddələri dərc edib. “Əl Vətən” qəzetində dərc olunan xəbərdə görüşlərdə əhəmiyyətli məsafənin qət edildiyi qeyd edilərkən, Tramp-Putin görüşünün PKK-Əsəd ittifaqı üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.
 
ƏSAS HƏDƏF TÜRKİYƏ DAYANDIRMAQDIR
 
ABŞ-ın başda Rimeylan olmaqla, hərbi varlığını qorumaq şərti daşıyan birləşmə layihəsi Türkiyənin əvvəlcə Münbiç və Tel Abyatda terror işğallarına son vermə istiqamətindəki atdığı qətiyyətli addımlara qarşı yönəlib. SMDK-nın keçmiş üzvlərindən Yasir Zakri, “Yeni Şəfəq” qəzetinə verdiyi açıqlamada ata Əsəd tərəfindən başlanılan terroru himayə etmə missiyasının oğul Əsəd tərəfindən davam etdirildiyini söyləyib. Rusiya və ABŞ başda enerji paylaşımı olmaqla, İsrailin təhlükəsizliyi məsələsini razılaşdırğını qeyd edən Zakri, Tel Abyat, Munbiç və Rakkada terror başçısının portretləri və PKK simvollarının endirildiyini, yaxın dövrdə Əsəd plakatlarının asılmağa başlanacağını bildirib.
Müxalifət.az