ABŞ yeni NÜVƏ BOMBASINI TÜRKİYƏDƏ YERLƏŞDİRƏCƏK

Baxış sayı:
4963

Military.com xəbər portalı ABŞ Hava Qüvvələrinin idarə olunan B61-12 nüvə bombasının ilk testlərini uğurla başa vurduqlarını, sınaqlar zamanı B-2 Spirit "kabus” təyyarələrindən istifadə edildiyini bildirib. B61-12 nüvə bombaları Türkiyə, Almaniya, İtaliya, Belçika və Niderlanddakı hərbi bazalara yerləşdiriləcək.
 
ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsindən (NNSA) bildiriblər ki, "Bu test sınaqları, B61-12 nüvə bombasının sistem şərtlərinə uyğun olduğunu göstərir və B61-12-lərin istifadə müddətini uzatma proqramının milli təhlükəsizlik şərtlərinə uyğun olaraq getdiyini ortaya qoyur" deyib.
 
TÜRKİYƏ, ALMANİYA, BELÇİKA VƏ NİDERLANDDAKI BAZALARA YERLƏŞDİRİLƏCƏK
 
ABŞ, B61-12 bombalarını Türkiyə, Almaniya, İtaliya, Belçika və Niderlanddakı hərbi baza yerləşdirməyi planlaşdırır. ABŞ Konqresinin qiymətləndirmələrinə görə, 2017-2046-cı illər dövründə Amerika taktika nüvə qüvvələrinin modernləşdirilməsinə 25 milyard dollar xərc planlaşdırılır.
5-ci nəsil F-35 Lightning II çox funksiyalı qırıcı təyyarələrinin platformasına uyğun olacaq B61-12 bombalarının ilk qrupunun 2020-ci ildə orduya təslim edilməsi gözlənilir.
Müxalifət.az