Afrinə BOMBALI HÜCUM: PKK ÜZƏRİNƏ GÖTÜRDÜ
27-06-2018 17:50
Baxış sayı:
1819

Suriyanın Afrin rayonu mərkəzində keçirilən iki bombalı hücumda ilkin məlumatlara görə, 10 adam həyatını itirib, 20 nəfər yaralanıb. Qəddar hücumu terror təşkilatı YPG/PKK tərəfdarı olan Afrin Şahinləri adlı qrup üzərinə götürüb.
Terror təşkilatı YPG/PKK tərəfdarı olan Afrin Şahinləri adlı qrup, Afrindəki bombalı hücumlarını onların həyata keçirdiklərini bildiriblər.
Qrup sosial media üzərindən etdiyi açıqlamada, "Davam edəcək. Daha çox sürprizlər olacaq. Çox gözəl bir şey (Partlayış anından) qeyd edilib. Münasib vaxtda yayımlanacaq. Heç kimə rəhm etməyəcəyik" deyə, qeyd edilib.
Müxalifət.az