Alman ekspertdən MƏHƏRRƏM İNCƏ TƏSBİTİ

Almaniyanın Beynəlxalq Təhlükəsizlik Münasibətləri İnstitutunun mütəxəssislərindən Günter Seufert, prezident Rəcəb Tayyib Ərdoğanın 24 iyun seçkilərində ilk turda qələbə çalmasını maraqlı bir şəkildə sürpriz adlandıraraq, mühafizəkar elektoratın Məhərrəm İncəyə inanmadığını söyləyib.
Almaniyanın “Mercator” Fonduna müsahibə verən Seufert, 24 iyun seçkiləri ilə bağlı verdiyi şərhdə, prezident Ərdoğanın ilk turda qələbə çalmasını gözləmədiklərini, bunun sürpriz olduğunu bildirib.
XALQ MƏHƏRRƏM İNCƏNİN "DİNDAR" RİTORİKALARINA İNANMADI
Məhərrəm İncənin hicab, cümə namazı və “hacı” ləqəbi üzərindən apardığı kampaniyaya baxmayaraq gözlədikləri səsi almamasına toxunan Seufert, mühafizəkar və dindar seçicinin CHP və prezident namizədi Məhərrəm İncəyə inanmadığını Ərdoğanın qazandığı qələbənin səbəblərindən biri kimi göstərib.
Seuferte görə, İncənin qələbə çaldığı təqdirdə, dini görüşləri səbəbilə yenidən ayrı-seçkiliyə məruz qalmaqdan çəkinən mühafizəkar təbəqə, Ərdoğan hökuməti dövründə qazandığı azadlıqları itirəcəyinə inanır.
Müxalifət.az