Alman gəmisi RAKETLƏ ÖZÜNÜ PARTLATDI

NATO qarşısındakı öhdəliklərinə hazır olub, olmadığı müzakirə edilən Almaniya, Müdafiə Nazirliyinin həyata keçirdiyi bir dəniz təlimində yenə uğursuz olub. Donanmaya məxsus bir gəmidən atılan raket, gəminin özünü partladıb.
Almaniyanın NATO öhdəliklərinə hazır olub, olmadığı davamlı bir mübahisə predmetiydi. Uzun müddətdir danışılan bu məsələ dedi-qodu olmaqdan çıxıb, konkret bir gerçəkliyə dönüşüb. Səbəbi isə Almaniyanın bir təlimdə həyata keçirdiyi uğursuzluqdur.
ÖZÜNÜ VURAN GƏMİ
Almaniya Müdafiə Nazirliyinin həyata keçirdiyi bir dəniz təlimində, öz donanmasına aid bir gəmini havaya uçurub. Donanmaya məxsus bir gəmidən atılan SM-2 tipli bir raket, gəmidən buraxıldığı anda freqatın içində partlayıb.
Partlayışdan sonra gəmi ağır zədə alıb və problemin nədən qaynaqlandığına dair istintaq başlayıb. Bu arada ekipajdan yaralanan və ya həlak olanın olmadığı bildirilib.
Müxalifət.az