ALMANİYA: “BİOLOJİ HÜCUMUN QARŞISINI ALDIQ”
20-06-2018 15:53
Baxış sayı:
5476

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Almaniya polisi bir nəfər şübhəlinin tutulması nəticəsində ölkədə böyük bir bioloji hücumun qarşısının alındığını bildirib.
AFP informasiya agentliyi Almaniyada ötən həftə yaxalanan bir nəfər Tunis vətəndaşının evində zəhərli bioloji “risin” maddəsinin tapıldığını, bununla yanaşı, bomba hazırlanmasında istifadə edilən materialların ələ keçirildiyini bildirib.
Almaniya Federal Kriminal Polis Departamentinin rəhbəri olan Holger Münh Almaniyaya qarşı bioloji hücumun planlaşdırıldığını bəyan edib.
Almaniyaya 2016-cı ildə gəlmiş 29 yaşlı tunislinin mənzilində tapılan “risin” maddəsini mütəxəssislər “potensial bioloji zəhərləyici maddə” kimi səciyyələndirirlər.