Almaniyanın Köln şəhərində HƏYƏCAN - Minlərlə insan köçürülür
23-11-2019 09:15
Baxış sayı:
9436

Almaniyanın Köln şəhərində minlərlə insan İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə təxliyə edilir.
RIA Novosti agentliyinin məlumatına görə, bomba Solştok ərazisində tikinti işləri zamanı aşkar edilib.
Tapıntı yerinə yaxın 500 metr ərazi əhatəyə alınıb. Ərazidə xüsusi təyinatlı dəstələr cəmləşdirilib və partayış təhlükəsi ilə bağlı profilaktik iş aparılır.