Almanlar, Cənubi Koreya məğlubiyyətini də ƏRDOĞANA BAĞLADILAR

Cənubi Koreyaya 2-0 məğlub olaraq Dünya Kubokundan ələnən Almanlar bunun səbəbkarı olaraq Ərdoğanı gördülər.
Almaniyanın “ZDF” kanalı, Dünya Kubokundakı uğursuzluğu Türk əsilli Alman futbolçular Məsud Özil və İlkay Gündoğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bir araya gəlməsinə bağladı.
LAĞ MÖVZUSU OLDULAR
“ZDF” kanalında, "İlkay və Məsudun Ərdoğanla çəkdirdiyi fotoşəkildən sonra Almaniya düzgün oyun qura bilmədi" deyə, şərh verilib. “ZDF”-nin bu xəbəri sosial mediada böyük təpkiyə səbəb olub və Almanlar bundan dolayı lağ mövzusu olub.
Qeyd edək ki, Alman azarkeşlər Ərdoğanla çəkdirdikləri fotodan sonra Məsud və İlkaya lincedici təpkilər göstərmişdi.
MATÇIN AXIRINDA MƏSUDA TƏCAVÜZ
Cənubi Koreya ilə qrupun son matçında 2-0 məğlub olaraq Dünya Kubokuna vida edən Almaniya matçın sonunda yenə qalmaqal görüntülərlə yadda qalıb.
Məğlubiyyətdən sonra çılğına dönən Alman azarkeşlər hədəf kimi Məsud Özili seçib. Məğlubiyyəti həzm etməyən qəzəbli azarkeşlər Məsud Özilə sözlü təcavüz ediblər. Məsud da eyni şəkildə tribunalara tərəf dönərək təpki göstərib. Məsud Özili texniki qrup əməkdaşları sakitləşdirib.
Digər tərəfdən, baş məşqçi Löw, ağır məğlubiyyətdən sonra, "Şok oldum, çünki belə məğlubiyyəti əsla gözləmirdim. Dərs çıxarıb, peşmançılıq duymağımız lazım olan bir vəziyyətdir" deyib.
Müxalifət.az