AMEA-da yeni şura yaradıldı

Baxış sayı:
2116

Azərbaycan Milli Elmlər Akademiyası professorların koordinasiya şurası yaradılıb.

Muxalifət.az xəbər verir ki, məsələ bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclasında qəbul edilib.

AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır

Akademik qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməlidirlər.

Rəyasət Heyətinin şuranın əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.