Ana azyaşlı övladlarına bıçaqla xəsarət yetirdi - Daşkəsəndə DƏHŞƏT
26-10-2019 10:43
Baxış sayı:
6460

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.
Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.