Anti-hökümət nümayişləri: 350 ölü – ABŞ-dan Reaksiya
21-07-2018 23:52
Baxış sayı:
5119

Hal-hazırda ABŞ-ın Nikaraquaya müdaxilə etmək planı yoxdur.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Amerika Dövlətləri Təşkilatındakı nümayəndəsi, səfir Karlos Truxilo bildirib.
O qeyd edib ki, ABŞ Nikaraquanın demokratiyaya qayıtması üçün mümkün olan hər şeyi edir:
“Bütün variantlara baxılır. Hazırkı variantlar arasında hərbi əməliyyat keçirilməsi planı yoxdur”.
Qeyd edək ki, Nikaraquada artıq 3 aydır anti-hökümət nümayişləri keçirilir. Nümayişlər nəticəsində 350-dən çox insan həlak olub.