“Assciated Press”-in Türk əndişəsi: “TÜRKİYƏ SURİYANI NƏZARƏT ALTINA ALIR”

ABŞ-ın “Assciated Press” xəbər agentliyi, Türk əsgərinin Suriya xalqı ilə olan bağına diqqət çəkərək, Türkiyənin Suriyanı nəzarəti altına aldığını yazıb.
ABŞ-ın “Assciated Press” xəbər agentliyi, Türkiyənin Suriyadakı mövcudluğundan narahatlığını bildirən bir məqalə qələmə alıb.
UŞAQLAR TÜRK ƏSGƏRİNİ ÇOX SEVİR
Xəbərdə Əl Baba gedən “AP” müxbiri, Türk əsgərinin bölgə xalqı ilə yaratdığı ünsiyyətə diqqəti çəkir. Xüsusilə kiçik uşaqların Türk əsgərlərini sevməsi, onlarla zarafatlaşaraq oyunlar oynaması qəzetin xəbərində əsas mövzu olub.
“AP”, ƏL BABA GEDƏN ASFALT YOLA DİQQƏT ÇƏKİR
Bundan başqa, “AP”, Türkiyənin Suriya xalqı üçün buralarda qoyduğu investisiyalara diqqət çəkir. Xəbərin girişində "Yeni asfalt yol, Türk qəsəbəsi Elbeylini Suriya şəhəri Əl Baba bağlayır" İfadəsinə yol verilir.
UŞAQLAR TÜRKCƏ ÖYRƏNİR
Türkiyənin çəkdiyi asfalt yollarla Suriyaya rahat çatmasına diqqət çəkən “AP”, Əl-Babda, Türk və Suriya bayraqlarının küçələri bəzədiyini, hökumət binalarına aid işarələrin Ərəbcə və Türkcə yazıldığını, orada olan uşaqların isə Türk dilini öyrəndiyini yazır.
“AP” müharibədən sonra Əl Babın Türkiyə tərəfindən yenidən inşa edildiyini qeyd edir.
SURİYA TÜRK NƏZARƏTİNƏ GİRİR
Xəbərdə Türkiyənin Suriyadakı varlığı ilə bağlı bu məlumatların bölüşülməsi Amerikanı narahat edən şeyin nə olduğu sualına dəqiq bir cavab xüsusiyyətindədir:
“Türkiyə hazırda 4000 kvadrat kilometrdən artıq bir sahəyə yayılmış vəziyyətdədir. Suriya əhalisinin təqribən dörddə biri bilavasitə, ya da bilvasitə olaraq Türk nəzarətinə girib”.
Müxalifət.az