ATƏT-in nümayəndə heyəti Bakıya gəldi

Baxış sayı:
2968
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gəlib.
Muxalifet.az APA-ya istinadən xəbərinə görə, əvvəlcə Ermənistan və Gürcüstana səfər etmiş səfirlər ölkə rəhbərliyi, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər.
Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.