Avropa Birliyi razılaşdı! TÜRKİYƏYƏ 3 MİLYARD DOLLAR

Türkiyəyə 3 milyard Avro maliyyə yardımı ödənməsi məsələsində razılıq əldə olunub.
Qeyd edək ki, 3 milyard dollar maliyyə yardımı Türkiyəyə Suriya və digər bölgələrdən gələn miqrantlar üçün nəzərdə tutulub. Uzun müddətdir ki, maliyyə yardımı nəzərdə tutulsa da, Avropa İttifaqı yardımı ləngidirdi. Bu da daha çox onunla bağlı idi ki, AB bu maliyyəni Ərdoğan hakimiyyətinə vermək istəmirdi. Ona görə də maliyyəni ləngitməklə Türkiyədəki seçkinin nəticələrini gözlədilər. Ancaq Ərdoğanın seçkidə qalib gəlməsi Avropa Birliyinə başqa çıxış yolu qoymadı. Çünki Avropa Birliyinin özü məhz miqrantlar problem ucbatından parçalanmaq ərəfəsinə qədər gəlib və bundan çıxış yolu Türkiyə ilə anlaşmaqdan keçir. Çünki Türkiyə Avropaya olan qapılarını açsa, bu miqrant dalğasının qarşısında Avropa ölkələri dura bilməyəcək ki, bu da sonar İttifaqın dağılmasına səbəb ola bilər.
Müxalifət.az