Axtarılan PKK TERRORÇUSU ÖLDÜRÜLDÜ
29-06-2018 08:11
Baxış sayı:
2056

İraqın şimalında keçirilən əməliyyatda, axtarılan terrorçular siyahısında boz kateqoriyada yer alan Əhməd Daş Həkkakı və əlavə 5 terrorçu zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələrinin İraqın şimalında keçirilən əməliyyatda 6 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Bu çərçivədə 3-cu Piyada Diviziya Komandanlığı və 34-ci Sərhəd Briqada Komandanlığı ilə iş birliyində İraqın şimalındakı Hakurk və Qanı Raş bölgəsində təsbit edilən terrorçulara qarşı əməliyyat keçirilib.
Əməliyyatda, Şemdinli rayonunda xalq üzərində təzyiq yaradan, Daxili İşlər Nazirliyinin axtarılan terrorçular siyahısında boz kateqoriyada yer alan "Həmzə" kod adlı Əhməd Daş Həkkakı ilə 5 terrorçu, silahlı pilotsuz hava vasitəsi (SİKX) ilə məhv edilib.
Müxalifət.az