Axtarış
The search found 105817 results in 0.026 seconds.
Search results
Ağsuda ikinci ərindən ayrılan qadın ÖZÜNÜ ASDI
Ağsu rayonunda intihar hadisəsi baş verib.
Muxalifet.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bənəcik kəndində qeydə alınıb.
Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.
Muxalifet - 21-10-2019
Teymur əmiyə AĞIR İTKİ
Xalq artisti Teymur Mustafayevə ağır itki üz verib.
Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum Cəlilabad rayon Alar kəndindəki qəbiristanlıqda dəfn edilib. //unikal.orgMuxalifet - 21-10-2019
Çin Müdafiə Naziri bəyan etdi- Ölkənin birləşməsi bizim əsas milli marağımızdır
Muxalifet.az xəbər verir ki, bu sözləri Çin Müdafiə naziri Vey Fenxe Pekin Syanşan Forumunda çıxışı zamanı deyib. O, Pekinin heç vaxt bundan imtina etməyəcəyini bildirib: Həmçinin çıxışında bildirib ki, “Çin dünyada tam birləşməyə ehtiyacı olan yeganə böyük güc olaraq qalır. Tayvan məsələsinin həlli Çinin tam birləşməsi üçün vacibdir. Pekin heç vaxt separatçı qüvvələrin mövcudluğu ilə razılaşmayacaq və eləcə də heç bir xarici hərbi müdaxiləyə imkan verməyəcək”.
Muxalifet3 - 21-10-2019
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi ŞOKDA
Fransa şəhəri ilə işğal altındakı Şuşa arasında “qardaşlıq müqaviləsi” də sıfırlandı - işğalçıya “qurşaqdan aşağı” növbəti zərbə; Paris daha “kiçik bacı”nın göz yaşlarına inanmır; Ermənistanın separatçı rejimlə “dövlət-dövlət oyunu” bitir...
Muxalifet - 21-10-2019
Ölkəni kilosu 3-4 manata satılan "kərə yağları" bürüyüb - TƏHLÜKƏ SİQNALI
Azərbaycanda marketləri kərə yağı adı altında satılan ucuz yağlar bürüyüb. Mağazaların vitrinlərində kilosu 3-4 manata olan, markası rusca yazılmış yağların sayı-hesabı yoxdur.
Onların Bakıdakı sexlərdə istehsal olunduğu, yoxsa Dağıstandan və ya Gürcüstandan gətirildiyi məlum deyil.
Muxalifet - 21-10-2019
Tramp Suriyadan tam çıxmağı düşünmür
Muxalifet.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp bir neçə yüz ABŞ əsgərini Şimalı Suriyada saxlamaq niyyətindədir. Bu haqda The New York Times qəzeti yazıb.
Qeyd olunur ki, söhbət ABŞ-ın 200-ə qədər xüsusi təyinatlı əsgərindən gedir. Bu siyahıya “İŞİD” terrorçu təşkilatı ilə döyüş təcrübəsi olanlar şamil olunur. Amerikalıların məqsədinə həmçinin Rusiya və Suriya hərbi qüvvələrinin “neft ərazilərinə” doğru irəliləmələrinə və bu əraziləri nəazrətə götürmələrinə mane olmaq da daxildir.Muxalifet3 - 21-10-2019
Trampdan yeni həmlə: bu ərazilər Rusiyaya verilməyəcək - Pentaqon PLAN HAZIRLADI
ABŞ Prezidenti Donald Tramp Suriyanın neft bölgələrinin Bəşər Əsəd rejimi və Rusiyanın əlinə keçməsinin qarşısını almaq üçün Müdafiə Nazirliyinin (Pentaqon) planını qəbul etməyi düşünür. “New York Times” qəzetinin yazdığına görə, Tramp Suriyanın şərqində təxminən 200 hərbçi saxlamağı planlaşdırır. Digər bir səbəb isə İŞİR terror təşkilatı ilə mübarizə olduğu bildirilir. Beləliklə, bu yaxınlarda Suriyanın şimalından minə yaxın Amerika əsgərini geri çəkəcəyini elan edən Tramp Pentaqonun planını təsdiqləyərsə, ikinci dəfə Suriyadan “əsgərlərin geri çəkilməsi” vədində geri addım atmış olacaq.
Muxalifet - 21-10-2019
BU DA OLDU: şagirdlərin başın karton keçirdilər və... - ŞOK VİDEO
Hindistanda daha bir qəribə hadisə baş verib.
"Yeni Sabah" xəbər verir ki, imtahan zamanı şagirdlərin başına karton keçirilib.
Bildieilir ki, bu hal Karnataka əyalətində yaşanıb. Məktəb rəhbərliyi bununla şagirdlərin bir-birindən köçürməsinin qarşısını almağa çalışıb.
Lakin hadisə cəmiyyətdə və sosial şəbəkələrdə etirazla qarşılanıb. Rəhbərlik isə bunun ilkm olmadğını və digər məktəblərdə də yer belə hadisə ilə rastlaşdığını bildirib.
Muxalifet - 21-10-2019
“Bağışla məni, ana, nə səni yaşada bildim, nə də özümü” – İntihar edən gəncin tükürpədən məktubu
Məlum olduğu kimi, iki gün bundan öncə – oktyabrın 19-u axşam saatlarında Şabran rayonunda baş verib. 22 yaşlı gənc özünü Şabran rayonunda kirayə qaldıqları mənzildə asaraq intihar edib. Konkret.az saytının əməkdaşı intiharın təfərrüatlarını araşdırmaq üçün mərhumun ailə üzvləri ilə görüşüb.
Muxalifet - 21-10-2019
Hicabını açan gəlin namizəd qısa ətəkdə rəqs VİDEOsunu yaydı - FOTO
İzdivac verilişindən sonra məşhurlaşan Hanife Gürdal yenidən gündəmə gəlib. Milli.Az haberler-ə istinadla xəbər verir ki, o, şəxsi Instagram hesabında Kapadokiyada çəkilən videosunu yayıb. Hanifenin qısa ətəklə rəqs etdiyi anın görüntüləri müzakirələrə səbəb olub. Hanife videoya şərh olaraq: "Qəhvənin Hanife çaları" sözlərini yazıb. O, son günlərdə etdiyi paylaşımlarına görə tənqid olunub. Belə ki, əvvəllər daima hicab bağlayan Hanife açıq-saçıq paylaşım etdiyinə görə birmənalı qarşılanmayıb. Onu bu hərəkətinə görə qınayanlar da olub, dəstəkləyənlər də.
Muxalifet - 21-10-2019
Stalinin qəbuluna 3 gündən sonra gələn əyyaş general – Faşistləri məğlub edən Popovu içki məğlub edib
“İnsanın başını dəyişmək mümkün deyil, amma o başın içində olan beyni tərbiyə etmək mümkündür...” Bu İosif Stalinin uğurlu Stalinqrad döyüşündən sonra yanına dəvət etdiyi general-leytenant Markian Popova dediyi sözlərdir. O, SSRİ Silahlı Qüvvələrində yeganə general olub ki, Ali Baş Komandan, Dövlət Müdafiə Komitəsinin sədri Stalinin çağırışını, şəxsi dəvətini çox da ciddiyə almayıb. Amma buna görə Popov cəzalandırılmayıb, əksinə, general ulduzlarının biri də artıb, daha yüksək vəzifəyə təyinat alıb. Adətən Stalinin qəbul məsələsində ciddi dəqiqliyə riayət olunub.
Muxalifet - 21-10-2019
Mardində PKK –çilar ilə türk hərbçiləri arasında atışma
Muxalifet.az hurriyet.com-a istinadla xəbər verir ki, Türkiyədə Mardinin Derik qəsəbəsi ərazisində türk əsgərləri ilə PKK terrorçuları arasında döyüş baş verib ,1 əsgər şəhid olub, 3 terrorçu zərərsizləşdirirlib. Verilən xəbərə görə əməliyyat davam edir
Muxalifet3 - 21-10-2019
SON DƏQİQƏ: Mitinqə çıxanların cəzası bəlli oldu – MƏHKƏMƏ QƏRARI
Milli Şuranın 19 oktyabrda keçirdiyi razılaşdırılmamış mitinqdə saxlanılan şəxslərin bəziləri məhkəmə qərarı ilə inzibati həbs olunub. BakuPost-un məlumatına görə, müvafiq məhkəmələrinin qərarları ilə 20-yə yaxın şəxsə sutkalıq həbs verilib.
Muxalifet - 21-10-2019
Çin ABŞ-a Rusiya ilə birlik mesajı verdi
Muxalifet.az -ın məlumatına görə ki, Pekin Syanşan Forumunda çıxışı zamanı Çin Müdafiə Naziri Vey Fenxe bəyan edib ki, Rusiya və Çin arasında təhlükəsizlik sferasında yüksək qarşılıqlı etibar səviyyəsi mövcuddur. Onun sözlərinə görə, Moskva və Pekin arasında yüksək səviyyəli praktik əməkdaşlıq və strateji koordinasiya var.
Qeyd edək ki, Pekin Syanşan Forumu Çində keçirilir. Forumda bir sıra yüksək vəzifəli xarici qonaqlar, o cümlədən Rusiya Müdafiə naziri Sergey Şoyqu da iştirak edib.
Muxalifet3 - 21-10-2019
İstirahət günlərində 5 nəfər bu səbəbdən öldü
Son 2 gündə Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər vəfat edib. Muxalifet.az xəbər verir ki, istirahət günlərində Respublika yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb. hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.
Muxalifet - 21-10-2019
Rusiyada strateji nüvə təlimləri: Putin düyməni basdı, raket şaxtadan çıxmadı
Ötən həftə Rusiyada keçirilən və nüvə triadasının hər üç elementinin (sualtı, yerüstü və hava) sınaqdan keçirildiyi strateji komanda-qərargah təlimləri zamanı ştatdankənar situasiya baş verib. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Vedemosti” Müdafiə Nazirliyinə yaxın iki ayrı mənbəyə istinadən bildirir.
Muxalifet - 21-10-2019
Sergey Şoyqu ABŞ-ı ittiham etdi
Rusiya Müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Orta və Qısamənzilli Raketlərin Ləğvinə dair Müqavilədən niyə çıxdığını söylədi. Bu barədə Muxalifet.az TASS xəbər agentliyinə istinadla xəbər verir.
Şoyqu hesab edir ki, ABŞ bu yolla Çin və Rusiyaya maneə yaratmaq istəyir. Onun sözlərinə görə, OQRLM həm Rusiyanın həm Çinin ilbəil artan hərbi potensialı, habelə onlar arasında əməkdaşlığın genişlənməsi səbəbindən Amerika tərəfinin maraqlarına cavab vermirdi. Buna görə Putin ABŞ-a qanadlı raketlərə görə cavab vermək qərarına gəldiMuxalifet3 - 21-10-2019
Professor təhlükəli olan qidaları AÇIQLADI: “ƏSL VƏHŞİLİKDİR”
İspaniyalı alimlər "hər şeydən yeyin, amma qədərində" ifadəsinin səhv olduğu qənaətinə gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı dietoloqlar ümumiyyətlə, bəzi məhsulları evdə saxlamamağı məsləhət görüb.
İspaniyalı ekspertlər “az miqdarda və yalnız bayramlarda" da yeyilməməli olan məhsulların siyahısını tərtib edib. “La Vanguardia”nın məlumatlarına əsasən, atılacaq ilk məhsul rəfinə edilmiş undan hazırlanan məmulatlardır. Onun istifadəsi qanda şəkər səviyyəsinin artmasına səbəb olur, bu isə sonradan diabetə gətirib çıxara bilər.Muxalifet - 21-10-2019
YAP Milli Şuranın təşkil etdiyi icazəsiz aksiya ilə bağlı tədbir keçirir
Yeni Azərbaycan Partiyasında (YAP) Milli Şuranın oktyabrın 19-da icazəsiz keçirdiyi aksiya ilə bağlı tədbir keçirilir.
APA-nın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatları və partiya üzvləri iştirak edir.
Tədbirdə çıxış edən Ə. Əhmədov çıxış edib. O, oktyabrın 19-da qanunsuz aksiyanın keçirilməsini pisləyib.
Muxalifet - 21-10-2019
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
“Oğru dünyası”nın “xaç atası” sayılan mərhum “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətli ilə bağlı yeni təfərrütalr məlum olub.
“Yeni Sabah” Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Taqansk” bandasının cinayətlərini araşdırarkən Aslan Usoyanın qətlində istifadə edilən silahın bu qruplaşmaya məxsus olduğunu üzə çıxarıb. Həmin silahdan “qanuni oğru” Andrey Qolubevin qətlində də istifadə edilib.Muxalifet - 21-10-2019