Axtarış
The search found 105823 results in 0.052 seconds.
Search results
Qusarda ŞOK OLAY - Kişi 15 yaşlı qıza təcavüz etdi
Qusar rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Azər Əlisultanovun barəsində cinayət işi başlanıb.
Belə ki, ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Azər Əlisultanov rayon sakini, 15 yaşlı Samirə Səlimovaya (ad və soyad şərti verilib - red.) təcavüz edib.
Belə ki, o, qızla evlənəcəyini vəd edib və onunla cinsi əlaqədə olub.
Muxalifet4 - 1-11-2019
Xəzərdə dalğanın hündürlüyü 7,5 metr olacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın 2-si gündüzdən noyabrın 3-ü səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 18- 23 m/s, arabir 28-33 m/s olacaq.
Bu barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xəbərdarlıq daxil olub.
Qeyd edilib ki, açıq dənizdə küləyin sürəti arabir 35 m/s-dək güclənəcək. Dənizdə dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda isə 5,5-7,5 metr olacaq.
Muxalifet4 - 1-11-2019
"Qızımın başını 3 övladının gözü qarşısında kəsib..." - Salyanda törədilən qətlin TƏFƏRRÜATLARI / YENİLƏNİB
Salyanda qətlə yetirilən qadının anası hadisənin bəzi təfərrüatları barədə danışıb.
Xəbər verdiyimiz kimi, bu gün saat 12 radələrində Salyan şəhəri Ağa Mirbağır Bağırzadə küçəsində qətl hadisəsi baş verib.Muxalifet4 - 1-11-2019
“Express Bank”ın səhmdarlarının bəziləri payını çəkdi - BANKIN NİZAMNAMƏ KAPİTALI AZALDI
“Express Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub. Bu, Bankın nizamnamə kapitalının 18% və yaxud 24,712 milyon manat azaldılaraq 137,257 milyon manatdan 112,545 milyon manata endirilməsindən sonra baş verib. Beləliklə, indiyə qədər “Express Bank”ın səhmlərinin 40%-nə nəzarət edən “Azenco Group” MMC payını 48,8%-ə, “Enerqoservis” MMC payını 17,7%-dən 21,6%-ə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti isə payını 0,3%-dən 0,4%-ə çatdırıb.
Muxalifet4 - 1-11-2019
Bakıda həyətləri su basdı - BİNƏQƏDİ VƏ XƏTAİDƏ SAKİNLƏR TƏXLİYƏ OLUNDU
Paytaxtda gün ərzində yağan yağış nəticəsində Binəqədi və Xətai rayonlarında yaşayış evlərinin həyətlərini su basıb.
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.Muxalifet4 - 1-11-2019
"Lokomotiv" - "Yuventus" oyunu azərbaycanlı hakimlərə tapşırıldı
FİFA referisi Rauf Cabarov yeni təyinat alıb. Belə ki, o, noyabrın 6-da Moskva şəhərində keçiriləcək UEFA Gənclər Liqasının "Lokomotiv” (Moskva, Rusiya) – "Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.
Muxalifet4 - 1-11-2019
SON DƏQİQƏ: Fransa İraqı bombardman etdi
Fransanın Hərbi Hava Qüvvələrinə aid “Rafale” qırıcıları İraqın şimal-şərqində terrorçuların istifadə etdiyi tunellər şəbəkəsinə zərbələr endirib.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Fransanın Müdafiə Nazirliyi bildirib.
Bildirilir ki, tunellərdən İŞİD terrorçuları istifadə edirdilər. Məlumata görə, əməliyyat bu rayonda qruplaşmanın maddi-texniki və hərbi potensialını zəiflətməyə imkan verib.Muxalifet - 1-11-2019
Bakıda qızlara söz atan oğlanla bağlı ŞOK XƏBƏR - Onu oğurlayıb, 2 ay zirzəmidə saxladılar
Dostu ilə birlikdə Hövsan qızlarının ünvanına təhqiredici ifadə səsləndirdikləri video sosial şəbəkədə yayıldıqdan sonra yoxa çıxan 15 yaşlı Mehdixan tapılıb. Yeniyetmə məhz həmin videoya görə qaçırılıbmış. Muxalifet.az xəbər verir ki, avqustun 11-də iki nəfər tərəfindən 132 saylı avtobusdan qaçırılan yeniyetmə 2 ay yarım qaranlıq zirzəmidə əsir saxlanılıb. Anası "Səni axtarıram" proqramında oğlunun hərəkətlərinə görə üzr istədikdən sonra onu sərbəst buraxmaq qərarına gəliblər. Azadlığa çıxan Mehdixan efirə gələrək yaşadıqlarını danışıb: "Arxada oturan iki oğlanın yanında oturmuşdum.
Muxalifet4 - 1-11-2019
Keçmiş mer evinin həyətində güllələndi - VİDEO
Rusiyanın Kemerovo vilayətinin Kiselevsk şəhərinin eks-meri Sergey Lavrentyev öz evinin həyətində güllələnib.
Yerli mətbuat xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.
Naməlum şəxslər S.Lavrentyevin yaşadığı Verx-Cumış qəsəbəsində yerləşən evinin həyətinə soxulublar. Eks-mer onlardan yalnız birini zərərsizləşdirə bilib. Digəri isə avtomobilə minərək hadisə yerindən qaçmağa müvəffəq olub. Atışma zamanı ev sahibi də ağır güllə yarası alıb və həyatını itirib.
Muxalifet4 - 1-11-2019
Bakıda arvadının üzünə kislota tökən batalyon komandiri imiş
Ötən ilin dekabrında Bakıda arvadının üzünə kislota tökməkdə təqsirləndirilən Fuad Axundovun yüksək rütbəli hərbçi olduğu məlum olub.
Muxalifet4 - 1-11-2019
Abşeronda avtomobil aşıb – ÖLƏN VAR
Abşeronda avtomobil çuxura düşərək aşıb, sürücü həlak olub. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba magistralının Saray qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Fiat” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır xəsarətlər alıb. O, hadisə yerindəcə dünyasını dəyişib. Hazırda sürücünün şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 1-11-2019
ŞÖHRƏTPƏRƏST AZƏRBAYCANLI İŞ ADAMLARI, milliyyətçi erməni milyarderləri - MÜQAYİSƏLİ SİYAHI
ABŞ-ın paytaxtı Vaşinqtonda oktyabrın 30-da qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) müstəqilliyinin qeyd olunması haqqında xəbər vermişdik. Bu tədbirin ABŞ konqresinin binası Kapitolidə, həm də Nümayəndələr Palatasının üzvlərinin iştirakı ilə keçirilməsi isə erməni lobbisinin danılmaz fəaliyyətinin göstəricisidir. Bəs necə olur ki, bütün dəlilləri əlimizdə olduğu halda “Xocalı” soyqırımını ABŞ-ın yalnız 22 ştatı tanıyır.
Muxalifet4 - 1-11-2019
“WhatsApp”da gözlənilməz dəyişiklik
"WhatsApp"ın son görülmə xüsusiyyəti texniki səhv nəticəsində ləğv edilib.
Modern.az xəbər verir ki, "WhatsApp" səhvi düzəltmək üçün təcili olaraq tətbiqə yenilənmə gətirib.
İzləyicilər arasında qısa vaxtda səs-küy doğuran səhv şirkət tərəfindən artıq bütünlüklə düzəldilib.
Muxalifet - 1-11-2019
Azərbaycanda gəmilərin limanlara giriş-çıxışı məhdudlaşdırıldı - SƏBƏB
Noyabrın 2-si gündüzdən noyabrın 3-ü səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 18- 23 m/s, arabir 28-33 m/s olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xəbərdarlıq daxil olub.
Qeyd edilib ki, acıq dənizdə küləyin sürəti arabir 35 m/s-dək güclənəcək. Dənizdə dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda isə 5,5-7,5 metr olacaq.
Muxalifet - 1-11-2019
Ankara əsirlərin kimə təhvil verildiyini bildirmir
Ankara sərhədləri yaxınlığında ələ keçirilən 18 nəfəri kimə təhvil verdiyinə aydınlıq gətirməyib. Həmin şəxlər Suriya hərbçiləridir.
Bu haqda Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əsirlər Rusiya Federasiyası ilə koordinasiya əsasında təhvil verilib. Onlar oktyabrın 29-da Ras Əl-Ayn şəhərində əsir götürülüb.
Moskva və Ankara Türkiyənin oktyabrın 9-da hücuma başladığı zaman ələ keçirdiyi ərazilərin nəzarətini saxlaması haqda razılıq əldə edib. Rusiya və Suriya hərbi qüvvələri isə sərhədin qalan hissəsinə nəzarət edəcək.Muxalifet4 - 1-11-2019
İran XİN rəhbəri Cavad Zərif ABŞ prezidenti Trampa "SANKSİYALARI LƏĞV ET" dedi
İran XIN naziri Məhəmməd Cavad Zərif ABŞ-n İrana təzyiq siyasətinin uğursuz olduğunu əsas gətirərək Washingtona nüvə sazişini yenidən müzakirəyə çıxarmaq çağırışı etdi. Zərif, Twitter hesabından etdiyi paylaşımda ABŞ-ın dünən açıqladığı İranın inşaat sektoruna yönəlmiş yeni sanksiyalara qarşı etirazını bildirdi. ABŞ-ın sanksiyalarını iqtisadi terror hesab edən Zərif iqtisadi sanksiyaların bu dövlətin uğursuzluğuna işarə etdiyini vurğuladı.
Muxalifet3 - 1-11-2019
"Dördtərəfli danışıqların vaxtı Rusiyadan asılıdır" - RƏSMİ KİYEV
"Ukraynanın şərqindəki beş ildən çoxdur davam edən mühribə ilə bağlı beynəlxalq sammitin vaxtı Rusiyadan asılıdır". Bunu cümə günü Ukraynanın xarici işlər naziri Vadim Pristaiko bildirib. Moskva ilə Kiyev arasındakı danışıqlarda irəliləyiş oktyabrın 1-də, ilk dəfə Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin üç il ərzində münaqişə ilə bağlı dördtərəfli görüş keçirmək qərarından sonra baş verib.
Muxalifet4 - 1-11-2019
Güllə atan hər əsgər üçün psixoloqlar rəy yazacaq: Qorxur, ya yox?
Düşmən ordusunda daha bir əcaib yenilik...
Muxalifet - 1-11-2019
"Güneydə əhali artıq İran dövlətinə deyil, milli fəallara güvənir" - BULUT ƏLƏMDAR
Güneyli siyasi fəal Bulut Ələmdar deyir ki, İran Azərbaycanının ictimai və iqtisadi məsələləri ilə bağlı əhali artıq dövlət qurumlarına deyil, milli fəalların dediyinə inanır. İstanbulda yaşayan siyasi fəal Amerikanın Səsinə müsahibədə son vaxtlar türk fəallar və naşirlərə qarşı tətbiq edilən basqılar və məhdudiyyətləri təhlil edib.
Siyasi fəalın sözlərinə görə, keçən illərdə ümumiyyətlə İran Azərbaycanında siyasi və mədəni hüquqlara diqqət yetirən milli fəallar artıq bu bölgələrin bir çox iqtisadi və ictimai məsələsini gündəmə gətirməyə başlayıblar:
Muxalifet4 - 1-11-2019
Oktay Şirəliyevdən yeni təyinat
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. Muxalifet.az xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oktay Şirəliyev əmr imzalayıb. Əmrə əsasən, Xoşbəxt Ağayeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. Bundan əvvəl X.Ağayeva həmin səhiyyə müəssisəsində terapevt həkim vəzifəsində işləyib. Qeyd edək ki, bundan əvvəlki baş həkim Nizami Mehdizadə oktyabrın 17-si tutduğu vəzifəsində azad olunub
Muxalifet - 1-11-2019