Axtarış
The search found 105823 results in 0.026 seconds.
Search results
Azərbaycanda qorxunc olay: Sürücü bu maşından sağ çıxdı - VƏZİYYƏTİ AĞIRDIR
Ağcabədi rayonunda yük avtomobilinin ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb. Hadisə rayonunun Hacıbədəlli kəndində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan sürücü “Shacman” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və yük maşınını yol kənarındakı ağaca çırpıb. Qəza zamanı yük avtomobilinin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalarının birinə göndərilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.(Report)
Muxalifet - 3-11-2019
Ermənilər ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat vasitələri quraşdırır – FOTOLAR
Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında hərbi fəaliyyətini davam etdirir.
Muxalifet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən tərəfi bu dəfə Milli Ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat və müşahidə vasitələrini möhkəmləndirir.
Bunun üçün optik-elektron müşahidə sistemləri və videokameralar quraşdırılır. Yayılan fotoların təmas xəttinin Goranboy-Tərtər istiqamətində çəkildiyi ehtimal olunur.Muxalifet - 3-11-2019
Baş Nazirin təyyarəsində yanğın oldu
Yaponiya Baş Naziri Sindzo Abenin olduğu hökumət təyyarəsində yemək hazırlamaq üçün nəzərdə tutulan sobada yanğın olub.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Tailanda uçan təyyarədəki sobada yanğın dərhal söndürülüb.
Soba təyyarənin quyruq hissində olub.Muxalifet - 3-11-2019
DƏHŞƏT: Tanınmış iş adamı “Range Rover”ində güllələndi - ŞOK VİDEO
İstanbulun Avcılar adlanan hissəsində güllələnmə olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Cihangir məhəlləsindəki özəl universitetin qarşısında tanınmış iş adamı Turqay Çolaqoğlu naməlum motosikletli tərəfindən təqib edilib. O, “Range Rover” markalı avtomobili ilə hərəkətdə olarkən naməlum şəxs yaxınlaşaraq maşının pəncərəsinə doğru atəş açıb. Xoşbəxtlikdən iş adamı hadisə zamanı sağ qalıb.
Hadisə zamanı avtomobilin idarəetməsini itirən Turqay Çolaqoğlu qəza törədib və maşını universitetin hasarına çırpıb.Muxalifet - 3-11-2019
Ronaldonun bərbəri qətlə yetirildi
Portuqaliya millisi və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldonun bərbəri Rikardo Markes Ferreyra qətlə yetirilib.
"Qafqazinfo" xəbər verir ki, onun meyiti Sürixdəki oteldə tapılıb. Üzərində bıçaq zərbələri olan meyiti otel təmizləyicisi otağı yığışdırmaq istəyərkən aşkarlayıb. Onun sözlərinə görə, meyit yatağa sərilmiş halda olub.
Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışı ilə məşğuldur.
Muxalifet4 - 3-11-2019
Rəqsanənin əri ilk dəfə danışdı: "Dedim ki, istəyirsənsə, öz toyumuza dəvət edək..."
Müğənni Rəqsanə İsmayılovanın əri Fazil ilk dəfə müsahibə verib. Belə ki, "ATV Maqazin Onlarla"ya danışan ifaçının əri Rəqsanə ilə tanışlıq hekayəsindən söz açıb: "Səhnə adamları kənardan başqa cür görünür. Rəqsanə ailədə tamam başqadır. Onunla toyda tanış olduq. Bu oxumağa çıxanda toy canlanmağa başladı. Həmin məclisdə qardaşım da var idi. Dedi ki, bu qız toyu partlatdı. Mən də dedim ki, istəyirsənsə, öz toyumuza dəvət edək. Dedim, get danış. Gedib gəldi ki, yox e, bunlar göylə gedirlər. 13 min dollar istəmişdilər. Rəqsanə həmin toyu çox yaxşı apardı. Toyda toy yox, məni tutdu.
Muxalifet4 - 3-11-2019
Eldar Həsənovun qardaşı ölkədən qaçıb
Özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Muxalifet4 - 3-11-2019
Araz Ağalarov da balıq biznesinə girdi
Azərbaycan əsilli məşhur rusiyalı milyarder Araz Ağalarov biznesini şaxələndirməkdə davam edir.
Rusiya mənbələri xəbər verir ki, oliqarx bu dəfə balıq biznesinə girib və ona məxsus “Crocus Group” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib.
Şirkətin əsas fəaliyyət istiqaməti sənaye üsulu ulə şirin su hövzələrində balıq yetişdirilməsi olacaq. Şirkətin səhmlərinin 90 faizi “Crocus Group”a, qalan 10 faizi isə”Lotofish”in baş direktoru Valerian Çikovaniyə məxsusdur.
Muxalifet4 - 3-11-2019
Tatarıstanda döyüş xoruzları yetişdirən Ramiz Ələsgərov... - VİDEO
Tatarıstanda Buqulma rayon sakini Ramiz Ələsgərov döyüş üçün xoruz yetişdirir.
Virtualaz.org bildirir ki, o, 60 ədəd xoruz və cücələri istixana yerdə bəsləyir.
Məlumata görə, R. Ələsgərov əslən Azərbaycanlıdır. 1995-ci ildə Tatarıstana köçüb, orada həyat yoldaşı ilə tanış olub və uzun illərdir həmin ölkədə yaşayır.
Qeyd olunur ki, Tatarıstanda yetişdirilən döyüş xoruzlarının ilk nəsli 2020-ci ilin yay fəslinə qədər böyüyəcək. Ələsgərov onlardan bir hissəsini istəyənlərə paylamaq və digər quşlar arasında döyüşlər keçirmək istədiyini bildirib.
Muxalifet4 - 3-11-2019
Bakıda şantaj olayı: diş həkimi, baş redaktor, gizli kamera və intim münasibət... - TƏFƏRRÜAT
Bakıda diş həkimini şantaj etməkdə təqsirli bilinən 5 nəfər hakim qarşısına çıxarılıb. Onlardan biri sayt rəhbəridir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Əliyev, Əlizamin Əsgərov, Elnaz Mirzəyeva, Humay Əhmədova və Rizvan Şahmuradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ilk olaraq zərərçəkmiş qismində tanınan İsmayıl Məmmədli ifadə verib. Məlum olub ki, İsmayıl Məmmədli yaşadığı ərazidə diş həkimi kimi fəaliyyət göstərib. Məhkəmədə o da aydın olub ki, onun heç bir ali təhsili yoxdur.
Muxalifet4 - 3-11-2019
İnternet vasitəsilə qul alveri: KÜVEYTDƏ EV XİDMƏTÇİLƏRİNİ NECƏ SATIRLAR...
Siz bu qadınlara Küveyt küçələrində rast gələ bilməzsiniz. Onlar heç yerdə görünmürlər, heç cınqırları da çıxmır, onların heç bir hüququ yoxdur, onları alıb təkrar satırlar. Bu qadınları smartfon proqramlarından tapmaq olur: dərilərinin rənginə və qiymətlərinə görə çeşidlənmiş minlərlə qadın - onları bir neçə min dollara satırlar. Bu məsələni araşıdran BBC Ərəb xidməti az ixtisaslaşmış şəxslərin alındığı və satıldığı qara bazarı aşkara çıxarıb. "Google Play" və "Apple App Store" belə proqramların hər kəsə əlçatan olduğu platformalardır.
Muxalifet4 - 3-11-2019
İranın ali dini lideri Trampla danışıqlara qarşı çıxdı
İran ABŞ-ın təzyiqlərinə təslim olmayacaq və Vaşinqtonla danışıqları aparmayacaq, çünki bu mövcud problemləri həll etməyəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın rəhbəri Ayətollah Əli Xamenei öz "Tvitter" səhifəsində yazıb.
Əli Xamenei deyib ki, (İslam) inqilabının qələbəsindən sonra 41 il ərzinə ABŞ İran xalqına qarşı düşmənçilik hərəkətlərinə cəhd göstərib:
Muxalifet - 3-11-2019
“Aprel döyüşlərində ərazilər itirmişik, təmas xətti dəyişib” - Ermənistanın sabiq müdafiə naziri
Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vağarşak Harutyunyan 2016-cı ildə baş vermiş aprel döyüşlərilə bağlı araşdırma aparan xüsusi istintaq komissiyasına tövsiyələrini verib. O, əmindir ki, “dördgünlük müharibə”də erməni tərəfi vəziyyəti düzgün qiymətləndirməyib və nəticədə həm operativ, həm də taktiki səhvlərə yol verilib.
Muxalifet - 3-11-2019
Türkiyədə İŞİD əməliyyatı: Kritik şəxs həbs olundu
Türkiyədə Osmaniyə başda olmaqla 5 mahalda İŞİD terror qruplaşması üzvlərinə qarşı əməliyyat keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, əməliyyat zamanı 7 nəfər həbs saxlanılıb. Saxlanılanlardan biri ildə 1500-2000 terrorçu hazırlayan İŞİD təlim düşərgəsinin rəhbəri olub.Muxalifet - 3-11-2019
Moskvada azərbaycanlının evinə silahlı basqın - 5 MİLYONUNU APARDILAR
Noyabrın 1-də beş soyğunçu Moskvanın Yuxarı sahələr küçəsində yerləşən 17 mərtəbəli binada yaşayan azərbaycanlının evinə basqın ediblər.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, hücum edənlərdən biri 1975-ci il təvəllüdlü kişiyə travmatik tapançadan iki dəfə atəş açıb. Soyğunçular azərbaycanlının 5 milyon rublla dolu çantasını oğurlayaraq yoxa çıxıblar.
Muxalifet4 - 3-11-2019
Fələstinin Qüds İşləri naziri həbs edildi - İSRAİL TƏHLÜKƏSİZLİK ORQANLARI TƏRƏFİNDƏN
İsrailin təhlükəsizlik orqanları Fələstinin Qüds İşləri nazirini həbs edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, səhər saatlarında nazirin Şərqi Qüdsdəki evinə basqın edilib.
Nazirin həbs olunmasının səbəbi açıqlanmayıb.
Muxalifet4 - 3-11-2019
DƏHŞƏT: Azərbaycanda 7 canavar kəndə hücum etdi – ŞOK VİDEO
Quba və Qusar rayonlarında dağ kəndlərinə qar yağıb.
Yenisabah.az xəbər verir ki, Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndlərinə qar yağıb.
Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 14 santimetr, temperatur 10 C°, Xaltan kəndində dağlarda 4 santimetr təşkil edir, temperatur da kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.
Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib.
Muxalifet - 3-11-2019
"Hər pasientə görə 20-30 manat alıb..." - Klinikalara qarşı ŞOK İTTİHAM
Son günlərdə pediatr Aytən İsmayılzadənin sosial şəbəkələrdə süni qidalarla bağlı paylaşmaları bir çox pediatrların narazılığına səbəb olub. Belə ki, pediatr bəzi xəstəxanaların adlarını çəkərək bildirib ki, sözügedən özəl klinikaların həkimləri yeni doğulan körpələrin reseptinə, dərman kimi süni uşaq qidaları yazır və onların gələcəyini zəhərləyir. Pediatrın paylaşımına isə adı çəkilən həkimlər etiraz edərək bildiriblər ki, vaxtilə Aytən İsmayılovanın özü süni uşaq qidasının reklamı ilə məşğul olub və onların adını çəkməsi də reklam xarakterlidir.
Muxalifet - 3-11-2019
Azərbaycan XİN Türkiyənin hansı əməliyyatını dəstəkləyib: "Barış pınarı"nı, yoxsa “Sülhün mənbəyi”ni?
Azərbaycan MM-nin deputatı Araz Əlizadənin iki qardaş dövlət arasında münasibətləri korlayan məlum bəyanatından sonra ikinci sərsəm bəyanat XİN tərəfindən yayılıb.
Ovqat.com xəbər verir ki, Azərbaycan XİN-nin Türkiyənin Şimali Suriyada keçirdiyi Barış pınarı əməliyyatını dəstəkləyən bəyanatı ancaq gülüş doğura bilər.
Muxalifet4 - 3-11-2019
Məşhur aktyor narkotikdən ÖLDÜ
90-cı illərdə bir sıra məşhur filmlərdə rol almış aktyor Brayn Tarantina qəfil vəfat edib.
Muxalifet.az xəbər verir ki, aktyor qardaşı oğlunun Nyu Yorkdakı evində dozadan artıq narkotik vasitənin təsirindən keçinib. Onun meyitini evə gələn qardaşı oğlu aşkarlayıb.
Qeyd edək ki, 1984-cü ildə çəkilən və dünya şöhrəti qazanan "Cotton Club" (Qanqsterlər klubu) adlı filmdə rol alan və getdikcə daha da məşhurlaşan Tarantina sonradan "The Sopranos", "Gilomer Girls", "Miami Vice", "Law&Order" və "Blacklist" kimi filmlərdə çıxış edib.
Muxalifet - 3-11-2019