Axtarış

The search found 105724 results in 0.05 seconds.

Search results

  1. İrandan Azərbaycana qarşı daha bir xain addım - ÖLKƏDƏ ERMƏNİ OLİMPİADASINA START VERİLDİ: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında

    Məhərrəmlik ayının 15-dir. Yəni İran İslam Cümhuriyyətinin hər il rəsmi şəkildə yas elan etdiyi ayın tam ortalarındayıq. Kərbəlada İmam Hüseyn qətliamının 1339-ci ildönümündən – Aşuradan cəmi 5 gün keçib. Ənənəvi şiə inanışına görə, gələn ayın 10-na qədər möminlər hətta saçlarını qırxdırmamalı, toy ziyafətləri keçirməməli, bəzənib-düzənməməlidir. İranın “darül-küfr” və ya “darül-hərb” olaraq görüb aşağıladığı Azərbaycanda hələ də bu adət-ənənələrin bəziləri davam edir. Ən azı, toylarımızı bir ay təxirə salırıq. Dünyaya guya islam dəyərlərini yayan İranda isə toy-bayramdır.

    Muxalifet4 - 15-09-2019

  2. Ali təhsil almaqdan imtina edən 350 tələbə...

    Bəlkə də bu, ilk baxışdan bir çoxlarına ölkə əhəmiyyətli problem kimi görünməyəcək, amma yüksək bal toplayaraq universitetlərə qəbul olunan, fəqət ali təhsil almaqdan imtina edən gənclərin hərəkəti ciddi problemdir.

    Muxalifet4 - 15-09-2019

  3. Səudiyyənin neft sənayesini çökdürən hücum: ABŞ İranı günahlandırdı

    Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının iki neftayırma zavoduna partlaıcı daşıyan dronlarla həyata keçirilmiş hücumların ardınca dünya neft bazarında böhran yarana bilər. Virtualaz.org xəbər verir ki, həmin hücum ərəfəsində neft bazarında təklif tələbi üstələməyə başlamışdı və analitiklər sentyabrın 16-da birjalar yenidən açılanda neftin qiymətinin yenidən 60 dollardan aşağı düşəcəyini proqnozlaşdırmışdılar. Lakin Yəmənin bir hissəsinə nəzarət edən və İrandan dəstəklənən, husilərdən ibarət “Ənsar Allah” qruplaşmasının həyata keçirdiyi dron hücumu bütün proqnozları alt-üst edib.

    Muxalifet4 - 15-09-2019

  4. Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu - VİDEO

    Azərbaycanda sərnişin avtobusunda qadınlar arasında dava düşüb. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, videodan görünür ki, avtobusda iki qadın mübahisə edir. Daha sonra onlar mübahisəyə saçyoldu ilə davam edirlər. Hadisənin Naxçıvanda baş verdiyi bildirilir. Dava edən qadınları digər sərnişinlər ayırıblar.

    Muxalifet4 - 15-09-2019

  5. Rusiyadan gözlənilməz proqnoz: "Neft 40 dollara düşəcək, hazırlaşın..."

    Rusiyanın nüfuzlu iqtisadçısı, "Sberbank"ın rəhbəri German Qref neftin indiki 60 dollardan 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib. Muxalifet.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, iqtisadçının fikrincə, onun ölkəsini növbəti ciddi "xammal şoku" gözləyir. "Rusiya hələlik belə risklərə hazır deyil, lakin ona hazırlaşmaq lazımdır. Əgər biz bugünkü problemlərin həllinə hazır olmaq və sabahkı problemləri qarşılamaq istəyiriksə, onda dərhal, effektiv işləmək lazımdır. "Effektiv" sözü burada əsasdır.

    Muxalifet4 - 15-09-2019

  6. Azərbaycanda keçmiş deputat vəfat etdi - BİR ÇOX YÜKSƏK VƏZİFƏLƏRDƏ ÇALIŞMIŞDI... / FOTO

    Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, 81 yaşlı S.Məmmədov ötən gün dünyasını dəyişib.

    Muxalifet4 - 15-09-2019

  7. Məşhur amerikalı aktrisa rüşvətə görə həbs olundu

    Hollivud ulduzu Felisiti Haffman həbs cəzası alıb. Səbəb isə qızının kollecə daxil olması üçün verdiyi rüşvət olub.

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, "Çarəsiz evdar qadınlar" serialının ulduzunu 14 günlük həbs cəzası gözləyir.

    "Associated Press" Haffmanı övladının təhsili üçün rüşvət verdiyinə görə həbs olunan ilk ulduz adlandırıb.

    Artıq məhkəmə iclası baş tutub. Məhkəmədə aktrisa etiraf edib ki, bu addıma övladının qabiliyyətinə əmin olmadığı üçün gedib. 56 yaşlı ulduz həmçinin deyib: "Mən axmaq olmuşam, çox səhv etmişəm".

    Muxalifet4 - 15-09-2019

  8. "ABŞ-ın bütün hərbi baza və gəmiləri İran raketlərinin hədəfindədir" - ŞOK AÇIQLAMA

    İki min kilometr məsafəyə qədər ABŞ-ın bölgədəki bütün hərbi baza və gəmiləri İran raketlərinin hədəfindədir.

    Muxalifet.az APA-ya istinadən bildirir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-mayor Əmir Əli Hacızadə bildirib.

    Muxalifet4 - 15-09-2019

  9. Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı

    Roma Papası Fransisk məhbuslar üçün ömürlük həbs cəzasına qarşı çıxıb.

    TASS-ın məlumatına görə, bu barədə Roma Katolik Kilsəsinin rəhbəri Penitensiar polisin nümayəndələri ilə görüşdə bildirib.

    Onun sözlərinə görə, ömürlük həbs yeni bir başlanğıc üçün ümidin məhdudlaşdırılmasıdır, insanları isə ümid hüququndan məhrum etmək olmaz.

    “Hər bir cəmiyyət ümidi dəstəkləməlidir və elə etməlidir ki, cəza ümid və yeni barışıq cəhdi hüquqlarına xələl gətirməsin”, - deyə pontifik qeyd edib.

    Muxalifet4 - 15-09-2019

  10. Rusiyanın Uzaq Şərqi su altında qalır

    Rusiyanın Uzaq Şərq federal dairəsində 137 yaşayış məntəqəsi su altında qalır.

    Trend-in məlumatına görə, bu səhərə olan informasiyaya əsasən 97 yaşayış məntəqəsi, 958 yaşayış binası, 3650 ev sahəsi və 144 yol hissəsi su altında qalıb.

    Məlumatda bildirilir ki, hazırda Xabarovsk ərazisində və Yəhudi Muxtar Vilayətində, 16 bələdiyyə rayonunda 137 yaşayış məntəqəsi, 774 yaşayış binası, 3.966 ev sahəsi, və 153 yol hissəsi su altında qalmaqdadır.

    Bütün bunlara rəğmən, bildirilir ki, xəsarət alanlar və əlaqənin kəsildiyi yaşayış məntəqələri yoxdur.

    Muxalifet4 - 15-09-2019

  11. Azərbaycanda bu qurumlar su pulundan azad edildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Su Məcəlləsində edilmiş son dəyişiklikləri təsdiq edib. Məcəlləyə aşağıdakı dəyişikliklər edilib: 1. 18-ci maddə üzrə: 1.1. birinci hissənin onuncu abzasına "qaydalarını” sözündən sonra ", sudan istifadəyə görə güzəşt və azadolmaları” sözləri əlavə edilsin; 1.2.

    Muxalifet4 - 15-09-2019

  12. Bakıda dəhşətli hadisədə ölən 3 nəfərin adı məlum oldu - DAHA 6 YARALI VAR

    Novxanı yolunda üç nəfərin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub. Qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.(Report) *** 08:09 Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

    Muxalifet4 - 15-09-2019

  13. Sabirabadda faciəvi hadisə - ÖLƏN VAR

    Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

    Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

    Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.(Report)

    Muxalifet4 - 15-09-2019

  14. "Ürək dayanmaları daha çox bazar günlərinə təsadüf edir" - MƏŞHUR ALİMDƏN ŞOK AÇIQLAMA

    Son vaxtlara qədər hesab olunurdu ki, ürəyin qəfildən dayanması halları daha çox bazar ertəsi səhər baş verir.

    Lakin amerikalı bir qrup alimin apardığı təhqiqat nəticəsində bunun heç də belə olmadığı üzə çıxıb.

    Sidars-Sinay Tibb Mərkəzi yanında Ürək Ritmi Mərkəzinin direktoru, doktor Samit Çuq həmkarları ilə birgə ABŞ-ın Oreqon ştatında 2631 qəfil ürəktutma faktını araşdırıb. Məlum olub ki, ürək dayanmaları daha çox günün nahardan sonrakı vaxtında (31.6%) qeydə alınır. Bu halların 27.6%-i səhər, 26.9%-i axşam, yalnız 13.9%-i səhər tezdən baş verir.

    Muxalifet4 - 15-09-2019

  15. AKP-dən DAHA 2 İSTEFA - Biri deputat, digəri eks-deputatdır

    Keçmiş Baş Nazir Əhməd Davudoğludan sonra daha iki millət vəkili AKP-dən istefa verib.

    “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, bunlar Konyadan olan deputat Ömər Ünal və Ağrıdan olan keçmiş millət vəkili Cesim Gökçedir. Ünal və Gökçe e-dövlət üzərindən istefa veriblər. 

    Xatırladaq ki, dünən Feramüz Üstün, Müftir Cengiz də AKP-dən istefa etdiklərini sosial şəbəkə vasitəsilə bildirmişdilər. Bu istefalardan sonra Davudoğlunun yeni partiya qurmaq üçün işlərini sürətləndirdiyi və 2 ay ərzində yeni partiya quracağı iddia edilir.

    Muxalifet4 - 15-09-2019

  16. Tramp şəkillərdə niyə narıncı düşür? - ÖZÜ AÇIQLADI

    Saçları və dərisinin rəngi ilə zaman-zaman gündəmə gələn ABŞ prezidenti Donald Tramp ilk dəfə bununla bağlı açıqlama verib.

    Xxarici KİV-lərin məlumatına görə, prezident enerjiyə qənaət edən lampaların işığı səbəbindən dərisinin fotolarda narıncı rəngə çaldığını deyib. O bildirib ki, həmin lampaları əngəlləməyə çalışsalar da, cəhdləri uğursuz olur: “Lampalar. İnsanlar “lampalara bə olub?” deyə soruşurlar. İstifadəyə məcbur edildiyimiz lampaların işıqları çox da yaxşı deyil. Ona görə də, həmişə narıncı rəngdə düşürəm”.

    Muxalifet4 - 15-09-2019

  17. "Gəncliyimdə ilk dəfə Moskvada evləndim, qızım oldu..." - XALQ ARTİSTİ

    Xəbər verdiyimiz kimi, bu günlərdə prezidentin sərəncamı ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatlar təqdim olundu. Təltif olunanların siyahısında Azərbaycanın tanınmış caz ifaçısı Cavan Zeynallı da var. Belə ki, o, “xalq artisti” fəxri adına layiq görülüb. Bu münasibət ilə ifaçı Musavat.com-a danışaraq, öz təəssüratlarını bölüşüb:

    Muxalifet4 - 15-09-2019

  18. "Bolton İrana zərbə istədiyi üçün qovulub" - POLİTOLOQ

    Bolton da həmişə Qremin istədiyi şeyləri (İrana zərbə) dilə gətirirdi. Görünür onu bu istəklərinə görə qovublar.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ senatoru Lindsi Qremin İranın neft obyektlərinə zərbə vurmaq barədə çıxışına münasibət bildirən politoloq Vladimir Bruter deyib.

    Muxalifet4 - 15-09-2019

  19. "Hakimiyyət daxilində parçalanma getdikcə dərinləşir"

    "İqtidardakı bəzi oliqarxlar əllərindəki hakimiyyəti itirməmək üçün xarici dövlərlərin ölkəmizin daxili işlərinə qarışması üçün zəmin hazırlayır"

    Muxalifet4 - 15-09-2019

  20. “İsmayıllıda kəndə ayı hücumu olmayıb” – RƏSMİ AÇIQLAMA / Yenilənib

    İsmayıllı rayonunda ayı kəndə hücum edib.

    Hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü  Rəsulov  İsmayıl  Yaqub  oğlu ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən  xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Muxalifet4 - 15-09-2019

Pages