Axtarış

The search found 105724 results in 0.03 seconds.

Search results

  1. Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parça-parça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT

    Tarix - onu unudanları ağır cəzalandırır. Biz unutduqca, tarixin cəzası daha da ağırlaşmaqda davam edir
     
    Bizim başımız rus mədəniyyətini öyrənməyə, rus ziyalılarını sevməyə qarışdığından, Sibir çöllərində dondurucu soyuqda aclıqdan və xəstəlikdən can verən Azərbaycanın dahi sənətkarlarından - cavidlərimizdən, cavadlarımızdan, NKVD həbsxanalarında məhkəməsiz güllələnən müşfiqlərimizdən xəbərimiz olmadı...

     
    (Elegiya)

    Muxalifet4 - 15-09-2019

  2. Fransız deputatlar Qarabağa səfər etdi... - AZƏRBAYCANLILAR SUSDU, FRANSIZLAR ETİRAZ ETDİ

    Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel kütləvi informasiya vasitələrinə fransalı deputatların Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna səfərini pisləyən müraciət ünvanlayıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, təşkilat müraciətdə Fransa hökumətini və Fransa Milli Assambleyası (Parlament) rəhbərliyini bu təxribat xarakterli əmələ qarşı lazımi tədbir görməyə çağırıb.

    Muxalifet4 - 15-09-2019

  3. İranda qadınların stadionda futbola baxmasına icazə verildi

    Oktyabrın 10-dan başlayaraq İranda qadınlar stadionlarda futbol oyunlarını izləyə biləcəklər.
     
    Bu barədə İranın vitse-prezidenti Hüseyn Əli Əmiri məlumat verib. O bildirib ki, hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparılır. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.
    Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.
     

    Muxalifet4 - 15-09-2019

  4. AZƏRBAYCANDA YÜRÜŞ KEÇİRİLDİ... - Bakının azad edilməsinin ildönümü ilə bağlı / VIDEO, FOTOLAR

    Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib. Türkiyə və Azərbaycan Respublikalarının dövlət bayraqları, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Nuru paşanın portretləri ilə bəzədilmiş avtomobil karvanı “N” nömrəli hərbi hissədən Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yola düşüb.

    Muxalifet4 - 15-09-2019

  5. Telman Bayramoğlundan iki yeni roman

    Yazar Telman Bayramoğlunun yeni kitabı işıq üzü görüb. Muxalifet.az xəbər verir ki, müəllifin “Kimsəsizlərin intiharı” roman“Adiloğlu”nəşriyyatında çap edilib.
    Bu gün cəmiyyətdə  qadına qarşı mövcud olan  şiddət, aşağılanma, haqsızlıq və digər mənfi halların geniş yayılmasına qarşı etiraz və mübarizlik ruhu romanın əsas ideyasını və qayəsini təşkil edir.
    Yazarın daha bir kitabı “Xəyanəti bağışlamayan kadın” romanı isə Türkiyənin “Kutlu yayın evi”ndə işıq üzü görüb.
    Hər iki roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Muxalifet4 - 15-09-2019

  6. 8-ci sinif şagirdi internetklub işlədir – SAKİNLƏRDƏN ŞİKAYƏT / Video

    “Sumqayıtda yüksək çinli məmurun sahibi olduğu İnternet klub və kompüter təmiri mərkəzində 3 ildir özbaşınalıq davam edir”
     
    Sumqayıt şəhər sakini Məhəmməd Yusifov adlı oxucumuz tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Hörmətli  sayt rəhbərliyi!

    Muxalifet4 - 15-09-2019

  7. 20 min insana cəmi bir təcili yardım maşını xidmət göstərir, o da yararsız vəziyyətdədir – ŞƏKİDƏN ŞİKAYƏT

    Şəki rayonunun Baş Göynük kənd sakini, kənd Həkim Məntəqəsinin təcili yardım sürücüsü, Qarabağ müharibəsi veteranı Vəliyev Faiq Hüseynbala oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına .ikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Baş nazir NovruzMəmmədova, Səhiyyə naziri Oqtay Şirəliyevə, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

    Muxalifet4 - 15-09-2019

  8. "S-400-lərin Türkiyəyə göndərilməsi prosesi başa çatdı" - AÇIQLAMA

    Rusiyadan S-400 zenit raket komplekslərinin ikinci batareyasının avadanlıqlarının Türkiyəyə göndərilməsi prosesi başa çatıb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

    “S-400 uzunmənzilli raket kompleksinin ikinci batareyasının avadanlıqlarının Mürtəd hava limanına – Ankaraya çatıdırılması bu gün tamamlanıb”, - MN-dən bildirilib.

    Muxalifet4 - 15-09-2019

  9. “Azəravtoyol” rəsmisi məcburi köçkünə DİRİYKƏN QƏBİR QAZDIRDI – “Əliheybət Şirinov deyir ki, muzdlu qatil tutub öldürtdürməyə və bu cinayəti də ört-basdır etməyə yetərincə pulumuz var” / ŞOK İDDİA, FOTOLAR

    Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkünü Əliheydər Əliyev diriykən özünə qəbir qazıb.
    Muxalifet.azın redaksiyasına daxil olan şikayət məktubuna əsasən, onun qəbir qazmasının səbəbkarı, “Azəravtoyol” ASC-nin 8 saylı yol istismar idarəsinin rəisi rəisi Əliheybət Şirinovdur.

    Muxalifet4 - 15-09-2019

  10. Prezidentin oğlu Fransada yüksək vəzifəyə təyin edildi

    Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransanın prezident administrasiyasında işə düzəlib.

    TASS xəbər verir ki, Qorcestani Yelisey sarayının diplomatik şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlayıb. O, Asiya, Şimali və Latın Amerikası ölkələri ilə bağlı məsələləri həll edəcək.

    Qeyd edək ki, Teymuraz daha əvvəl Nyu-Yorkda BMT-nin fransız missiyası üzrə çalışıb. O, son illər Fransanın Londondakı səfirliyində işləyib.(Qafqazinfo)

    Muxalifet4 - 15-09-2019

  11. Məşhur məşqçinin oğlu Madrid "Atletiko"sunda - FOTO

    İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone kiçik oğlu Culiano Simeoneni çalışdığı kluba gətirib.

    Qol.az-ın Ole-yə istinadən məlumatına görə, Culiano Madrid klubuna Argentina "River Pleyt"inin akademiyasından gəlib. Oğul Simeone bunadək Buenos-Ayresdə anası ilə qalıb. "River Pleyt" 16 yaşlı oyunçunun keçidi qarşılığında "Atletiko"dan 250 min avro alacaq. O, "Atletiko"nun akademiyasında yer alacaq.

    Muxalifet4 - 15-09-2019

  12. Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu - SƏHRANIN ORTASINDA, GƏLIN DEMƏK OLAR ÇILPAQ...

    23 milyard dollarlıq sərvətin varisi, britaniyalı milyarder Devid Rubenin kiçik oğlu –oğul Devid toyunu dünyanın istənilən sarayların birində keçirmək imkanına sahib olan şəxslərdən biridir. Ancaq o, toyunu qeyri-adi təmtəraqla təşkil edib.

    Virtualaz.org xarici KİV-lərə istinadən bildirir ki, kolumbiyalı aktrisa Karolina Guerra ilə evlənən milyarder oğlu toyunu səhranın düz ortasında keçirib. Belə ki, toy ABŞ-ın Nevada ştatının Blek-Rok səhrasında, “Burning Man” festivalında baş tutub.

     

    Muxalifet4 - 15-09-2019

  13. Vahid Ələkbərovun şəhərə gəlişinə görə ağacları və otları rənglədilər - VİDEO

    Rusiyanın Koqalım şəhərində Yuqra vilayətinin qubernatoru Natalya Komarovanın, vilayətin idman naziri Pavel Kolobkovun və “Lukoil” prezidenti Vahid Ələkbərovun gəlişi münasibəti ilə şam ağaclarını və otları yaşıl rəngləyiblər. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən “Lukoil-Qərbi Sibir” MMC-nin sosial obyektlər İdarəsinin formasını geyinmiş kommunal işçilər otları yaşıl boya ilə boyayır.

    Muxalifet4 - 15-09-2019

  14. ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası

    Tbilisidə ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir.

    “Report” xəbər verir ki, aksiyanı Vətənpərvərlər Alyansı Partiyası (VAP) təşkil edib.

    Aksiyaçılar səfirliyin qarşısındakı yolu bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.

    Muxalifet4 - 15-09-2019

  15. Baş nazir BƏYAN ETDİ: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - DÜNYA ŞOKDA

    Kəşmir böhranı ilə əlaqədar aralarında gərginlik yaranan iki nüvə gücü olan Hindistan və Pakistanın qarşılıqlı nüvə təhdidləri davam edir. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalına danışan Pakistanın Baş naziri İmran Xan Hindistana qarşı nüvə gücündən istifadə ehtimalının olduğunu bir daha təkrarlayıb. Baş nazir konvansionel (kütləvi qırğın silahlardan istifadə olunmadan üzbəüz müharibə -red.) bir döyüşü uduzacaqları halda, vətəndaşların ölümünə qədər mübarizə aparacaqlarını söyləyib. “Allah qorusun...

    Muxalifet4 - 15-09-2019

  16. "Ümid edirəm ki, Fransaya gedişimə icazə veriləcək" - Edvard Snouden

    Rusiyada yaşayan ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden ümid edir ki, prezident Emmanuel Makron onun Fransaya gedişinə icazə verəcək. Snouden bu istəyini Fransanın "France İnter" radiosuna müsahibəsində dilə gətirib.

    Muxalifet4 - 15-09-2019

  17. Dünya bu səbəblərdən məhv olacaq - Qiyamət gününün SSENARİSİ

    Səhv təhlükə siqnalına reaksiya və ya lokal münaqişənin eskalasiyası ABŞ və Rusiya arasında nüvə müharibəsinin başlamasına səbəb ola biləcək ən real senarilərdir.

    Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatov deyib.

    Xatırladaq ki, dünən Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə müharibəsinin başlaması riskinin olduğunu bəyan edib.

    Muxalifet4 - 15-09-2019

  18. Şəhərin ortasında ATIŞMA: biri qadın olmaqla, 3 nəfər... - FOTO/VİDEO

    İstanbulun Avcılar rayonunda iki qrup arasında atışma baş verib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, gündüz saatlarında baş verən hadisə zamanı biri qadın olmaqla, 3 nəfər yaralanıb.

    Hadisə təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

    Muxalifet4 - 15-09-2019

  19. Yanğınsöndürən maşın çayda batdı - QUBADA / Video

    Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib. Report-un məlumatına görə, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib. Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb. Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

    Muxalifet4 - 15-09-2019

  20. DƏHŞƏTLİ GƏMİ QƏZASI: 12 turist öldü, onlarla insan itkin düşdü - FOTO / VİDEO

    Hindistanda gəmi qəzaya uğrayıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə "report" "The Times of India"ya istinadən xəbər verir.

    Məlumata görə, hadisə Qodavari çayında baş verib. Gəminin çevrilməsi nəticəsində 12 nəfərölüb, 20-dən çox insan itkin düşüb. Onların turist olduğu bildirilir.

    Hadisə zamanı gəmidə 60 nəfər olub. Qəzanın başvermə səbəbi açıqlanmır. 

    Muxalifet4 - 15-09-2019

Pages