Axtarış
The search found 105724 results in 0.047 seconds.
Search results
DƏHŞƏT: Prokuror və ailəsi yanaraq öldü - Şok görüntülər / Video
Rusiyada yaşayış binasında güclü yanğın olub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Krasnoyarskda baş verib. Beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 8 nəfər ölüb.
Muxalifet - 16-09-2019
BNA-dan əhaliyə MÜRACİƏT
Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.
Agentlikdən Muxlifet.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək".
Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.
Muxalifet - 16-09-2019
Prokurorluq bəraət almış şəxslə bağlı protest verib
Narkotik maddələrin istifadəsində təqsirləndirilən Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin Əliyev barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı olan Baş Prokurorluq protest verib. Prokurorluğun protesti Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun icraatına verilib.
Məhkəmə baxışı sentyabrın 20-ə təyin edilib.
Muxalifet - 16-09-2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı - ŞOK SƏBƏB
Türkiyənin kənd təsərrüfatı naziri Bəkir Pakdəmirlinin idarə etdiyi təyyarədə nasist Almaniyasının bayrağının olması ciddi müzakirələrə səbəb olub.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, nazir Pakdəmirli təyyarəni Əskişəhərdə “ Sivirhisar hava nümayişi 2019” mülki aviasiya tədbiri zamanə havaya qaldırıb.
Nazir” Ferokious Frankie” adlı P-51D mustanq model xüsusi təyyarəni idarə edib.
Amma təyyarədə 8 nasist bayrağının və simvollarının olması diqqəti çəkib.Muxalifet - 16-09-2019
Aprel savaşında gəbərmiş ermənilərin doğmaları Azərbaycan şəhərində xaç suyuna çəkildi… – FOTO
2016-cı ilin aprelində Azərbaycanın işğal altındakı torpaqlarında Milli Ordumuz tərəfindən gəbərdilmiş ermənilərin qohumları, ana, övlad, arvad, qardaş, bacıları və s. sentyabrın 14-də Azərbaycanın Şuşa şəhərində xaç suyuna çəkilib.Muxalifet - 16-09-2019
Bakıda DƏHŞƏTLİ QƏTL: Qısqanc ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı
Sabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.
Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.
Muxalifet - 16-09-2019
Bir hərf səhvi bir redaksiya kollektivinin güllələnməsinə səbəb oldu – Stalinin amansız qərarlarından daha biri
Bəzən buraxılan adi bir səhv, yaxud kiçik bir diqqətsizlik böyük hadisəyə səbəb olur. Xüsusilə mətbuatda yol verilmiş xətanın səs-küyü, qalmaqalı daha böyük miqyas alır, bir hərfin yerində olub-olmaması ağlasığmaz hadisələrlə nəticələnir. Adətən mətbuatda buraxılan səhvlər daha çox ictimai qınaqla üz-üzə qalır, sonralar isə hətta yumora çevrilir. Amma həmişə yox. Mətbuat tarixində elə hadisələr baş verib ki, sonda milyonlarla insan həmin hadisənin sonluğunun faciə ilə bitdiyinin canlı şahidi olublar. Sovet dövründə də belə hadisələr az olmayıb.
Muxalifet - 16-09-2019
“Hər addımımı izləyirlər” - Vidadi Zeynalov danışdı
“Mən restoran işi ilə məşğul deyiləm”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov deyib. O, əlavə edib ki, ailəsi ilə Şamaxının Məlhəm kəndinə dincəlməyə gedib. Həmin vaxt ona media nümayəndələrindən biri zəng vurub:
“Dedi ki, Vidadi müəllim vacib məsələ var, sizinlə görüşmək istəyirəm. Mən də dedim ki, ailəmlə Şamaxıya gəlmişəm, o aşpazlıq edir, mən də çörək yeyirəm.
Muxalifet - 16-09-2019
DÜNYA İQTİSADİYYATINI ÇALXALAYAN HÜCUM: Səudiyyə neft hasilatını artıra bilməsə, alternativ İran olacaq – TƏHLİL
Con Defterios, Viktoriya Kavelyetr CNN (ABŞ), 15.09.2019 Səudiyyə Ərəbistanının dünyanın ən böyük və ən önəmli neft hasilatı müəssisələri sırasına daxil olan əsas neftçıxarma obyektlərinə əlaqələndirilmiş zərbələr krallıqda hasilat həcminin yarıbayarı azalmağına səbəb olub – bu, dünya neft bazarının, təxminən, yarısıdır. Yəmən husiləri şənbə günü, 14 sentyabrda bu hücuma görə məsuliyyəti öz üzərlərinə götürərək bildiriblər ki, 10 dron Əbkaikdə və Hurəysədə dövlətə məxsus “Saudi Aramco” şirkətinin neftçıxarma obyektlərinə hücum edib.
Muxalifet - 16-09-2019
Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişinin üstündən belə keçdi – ANBAAN VİDEO
Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Muxalifet.az “avtosfer.az”a istinadən xəbər verir ki, yaşlı kişi piyada keçidindən keçir. Bu zaman sağa dönən taksi sürücüsü gəldiyi sürətlə kişinin üstündən keçir.
Daha sonra isə geriyə verərək ikinci dəfə onu təkərin altında qoyur. Hadisə nəticəsində piyada yerindəcə həyatını itirir.
Qeyd edək ki, sağa və sola dönən zaman sürücü yolu keçən piyadaya yol verməlidir.
Muxalifet - 16-09-2019
Adnan Oktarın məhkəməsi başlayır
Sentyabrın 17-də Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.
APA-nın xəbərinə görə, Cinayət Məcəlləsinin cinayətkar dəstə yaratmaq, cinsi istismara məruz qoymaq, cinsi zorakılıq, insan alveri və başqa maddələri ilə ittiham olunan Adnan Oktar və daha 225 nəfər hakim qarşısına çıxacaq. Məhkəmənin noyabradək davam edəcəyi gözlənilir.
Muxalifet - 16-09-2019
Makqreqor oktaqona qayıdacağı məkan və tarixə işarə vurdu
UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor “Twitter” hesabında növbəti döyüşünün tarixi və məkanını açıqlayıb. O, dekabrın 14-də vətəni İrlandiyanın paytaxtı Dublində oktaqona qayıdacağına işarə vurub. Conor McGregor ✔ @TheNotoriousMMA Dublin, December 14th. 43.4K 6:30 AM - Sep 16, 2019 Twitter Ads info and privacy 8,937 people are talking about this Qeyd edək ki, Konor Makqreqor ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra çıxış etməyib. O, Dastin Puaryeyə qalib gələrək çempionluq titulunu qoruyan Həbibi Moskvada döyüşə çağırıb.
Muxalifet - 16-09-2019
İRANDAN AZƏRBAYCANA NÖVBƏTİ XƏYANƏT - Paşinyanın ziyarət etdiyi bu kluba dəstək verir
"İran Azərbaycana qarşı növbəti xəyanətə yol verdi". Bunu Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimli Tehranda keçirilən 51-ci Erməni Olimpiadasına işğal olunan Dağlıq Qarabağ ərazilərindən də erməni idmançıların "müstəqil dövlətin" komandası kimi qatılmasına münasibət bildirərkən deyib.
Muxalifet - 16-09-2019
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ
Məşhur azərbaycanlı rəssam, Azərbaycanın Xalq artisti, bir sıra opera və balet əsərlərinin qəhrəmanları üçün quruluş və eskizlərin müəllifi Tahir Tahirov vəfat edib.
Publika.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 71 yaşında ölüb.
Tahir Tahirov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub. Azərbaycan Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı və Rus Dram Teatrında bədii rəhbər kimi müxtəlif tamaşalarda iştirak edib. Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu dizayner kimi də çalışıb.Muxalifet - 16-09-2019
Neft 100 dollar olur, İran müharibəyə girir, Azərbaycan isə... - ŞOK PROQNOZLAR
“Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib. İttihamlar havada uçuşur”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.
Muxalifet - 16-09-2019
İşğal olunmuş torpaqlarımız adına yeganə marka - “Qarabağ” / Ağdam komandası son illərdə hər birimizdən çox QARABAĞLI olmağı bacardı
“Qarabağ” futbol komandası hər bir azərbaycanlınını qürur mənbəyi hesab oluna bilər. Əlbəttə, söhbət Azərbaycan dövlətinə bütün varlığı ilə bağlı olan, ölkəmizin inkişafında maraqlı olan azərbaycanlılardan gedir. Çox təəssüf ki, bu gün Azərbaycanın inkişafını istəməyən, o cümlədən “Qarabağ”ın uğurlarına sevinməyən azərbaycanlılar da yox deyil. Bu haqda növbəti məqalərimizin birində geniş açıqlama verəcəyik. İndiki yazımızda isə “Qarabağ”ın Azərbaycan idmanı və siyasəti üçün gördüyü işlərdən bəhs edəcəyik.
Muxalifet4 - 16-09-2019
“Hər an yenidən vura bilərik” - HUSİLƏR SƏUDİYYƏNİ TƏHDİD ETDİ
Yəməndə fəaliyyət göstən Husilər Səudiyyə Ərəbistanı təhdid edən bəyanat veriblər. Açıqlamada deyilir: “Hər an yenidən zərbə endirə bilərik”.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlər tərəfindən edilən hücum ölkənin neft hasilatının azalmasına və neftin kəskin bahalaşmasına səbəb olub. Hücuma görə məsuliyyəti Husilər öz üzərlərinə götürüblər./Hurriyyet.org
Muxalifet4 - 16-09-2019
Pilot Rəşad Atakişiyevin ailəsi DTX rəisinə müraciət etdi
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.
Muxalifet - 16-09-2019
Bu şəxslərə kvadrisikl idarə etmək hüququ verilməyəcək – Tibbi göstərişlər müəyyənləşib
Azərbaycanda kvadrisiklləri (B1 kateqoriyası) idarə etmək üçün sağlamlığa dair tələblər minik avtomobillərini (B kateqoriyası) (icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobillər) idarə edən sürücülərə dair tələblərlə eyni olacaq. APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin qərarı ilə “İşçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Muxalifet - 16-09-2019
Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 139,9 mln. manat təşkil edib.
Muxalifet.az report-a istinadla xəbər verir ki, neft məhsullarının istehsalında əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6% artım qeydə alınıb.Muxalifet - 16-09-2019