Axtarış
The search found 105716 results in 0.027 seconds.
Search results
Ankarada liderlərdən Əsədə KRİTİK ÇAĞIRIŞ
Sentyabrın 16-da Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti keçirilib.
Muxalifet.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sammitdə Suriyadakı vəziyyət, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.Muxalifet - 16-09-2019
Evlilikdən kənar cinsi münasibətin qarşısını almaq üçün baxın nə etdi
Rusiyanın Tver şəhərində yaşayan bir keşiş evlilikdən kənar cinsi əlaqəyə və spirtli içki qəbuluna son qoymaq üçün insanların üzərinə bidonlarla müqəddəs su səpib.
Aleksandr Qoryaçev adlı keşiş insanları zina və alkoqol xəstəliyindən xilas etmək üçün bu yola əl atdığını deyib.
Xəstəliklərin viruslardan qaynaqlandığını və hər xəstəliyin ilk əvvəl ruhi olaraq başladığını deyən keşiş təyyarə ilə yerdən təxminən 200-300 metr yüksələrək şəhərin üzərinə 15 bidon müqəddəs su səpib.//ModeratorMuxalifet - 16-09-2019
Dəhşətli təyyarə qəzası, ölənlər var
Kolumbiyanın Popayan şəhərində faciə baş verib.
Muxalifet.az xəbər verir ki, yaşayış evinin üzərinə təyyarə düşüb.
Nəticədə 7 nəfər həlak olub.
Təyyarədə 2-si ekipaj üzvü olmaqla, 9 nəfər olub.
Kolumbiyanın dövlət başçısı İvan Duke qəzanın səbəblərinin araşdırıldığını bildirib.Muxalifet - 16-09-2019
İcra başçısı söz verdi: 700 bal toplayanlara maşın alacaq
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abituriyentlərə vəd verib.
Muxalifet.az "ölkə.az"a xəbər verir ki, bu barədə jurnalist Emin Kərimov yazıb. E.Kərimovun sözlərinə görə, icra başçısı 700 bal toplayan abituriyentlərə avtomobil həddiyə edəcəyini bildirib.Muxalifet - 16-09-2019
Azərbaycanda neçə nəfər işləyir? - STATİSTİKA
Bu il sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub və onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib.
Muxalifet.az Dövlət Statistika İdarəsinə istinadən xəbər verir ki, avqustun 1-nə olan məlumata görə, muzdla işləyənlərin sayı 1 milyon 613,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,4 min nəfər, qeyri-dövlət sektorunda isə 711,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1579,1 min nəfər çalışıb.
Muxalifet - 16-09-2019
Azərbaycanda canlı efirdə jurnalistlə meyxanaçı arasında qalmaqal - VİDEO
ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişində gərgin anlar yaşanıb. "Ölkə.Az" xəbər verir ki, jurnalistlərdən birinin meyxanaçı Samirə Əliyevanın yenidən ailə qurması ilə bağlı sözləri qalmqala səbəb olub. Meyxanaçının jurnalistə cavabı isə belə olub: "Sizin nə haqqınız var ki, mənim şəxsi həyatıma qarışırsınız? ABŞ-da Azərbaycan musiqisini təbliğ etmişəm, bayrağımızı qaldırmışam, oğlum ağır əməliyyat keçirdi, bunlardan niyə yazmırsınız?". (redaktor.az)
Muxalifet - 16-09-2019
Azərbaycanlı saxta sənədlərə görə saxlanıldı
Rusiya Federasiyasının muxtar subyekti olan Kominin paytaxtında yaşayan 36 yaşlı Azərbaycan Respublikası vətəndaşına qarşı Cinayət Məcəlləsinin 327-ci (qəsdən saxta sənəddən istifadə) maddəsi ilə cinayət işi başlanılıb. Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, o, 2017-ci ildə gənc bir dostundan 15 min rubl müqabilində Sankt-Peterburq Dövlət Universitetinin “Rus dilini, Rusiya tarixini bilmək və Rusiya Federasiyasının qanunvericiliyinin əsasları haqqında” bilməsi ilə bağlı sertifikatını alıb.
Muxalifet4 - 16-09-2019
Gürcüstan prezudenti İlham Əliyevi Tiflisdə dəvət etdi
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi Tbilisiyə dəvət edib.
Bildirilir ki, bazar ertəsi Zurabişvili ilə İlham Əliyev arasında telefon danışığı baş tutub. Söhbət əsnasında Zurabişvili azərbaycanlı həmkarına Qax bölgəsinin Əlibəyli kəndində gürcü məktəbi açdığına görə təşəkkür edib (Azərbaycandakı ərazi Gürcüstanla sərhəddə, əsas əhalisi gürcülərdir).
“İlham Əliyev öz növbəsində Gürcüstanın ölkəmizin dostu və strateji tərəfdaşı, Azərbaycana dəstəyini bir daha təsdiqləyib", deyə məlumatda qeyd edilib.
Muxalifet4 - 16-09-2019
Qırğızıstan və Tacikistan sərhədində QANLI ATIŞMA
Qırğızıstan və Tacikistan sərhədində atışma olub.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, ilk atəş Tacikistandan açılıb. Qırğızıstanın Maksat sərhəd postu güllələnib.
İlkin məlumata görə, bir nəfər sərhəd xidmətçisi dünyasını dəyişib.
Muxalifet4 - 16-09-2019
Yeni SAVAŞ ANONSU: Bu cəbhələrdə iş gedir - ŞOK MÜRACİƏT
İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin müraciətinin yer aldığı audioyazı yayılıb.
Publika.az xəbər verir ki, bu haqda terrorçulara yaxın kütləvi informasiya vasitələrinə istinadən “Röyters” agentliyi bildirib.
Audioyazıda İŞİD lideri təşkilatın sonrakı planlarından danışıb.
“Hər gün müxtəlif cəbhələrdə iş gedir”, - Bağdadi bildirib.
Terrorçuların lideri audioyazısında müxtəlif regionları, xüsusi halda, Mali və Levantı (Livan-Suriya-İraq bölgəsi – red.) xatırladır, amma tarix və müddət haqqında heç nə danışmayıb.Muxalifet - 16-09-2019
Bakıda mağazadan 1250 manatlıq enerji içkisi oğurlandı
Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
APA xəbər verir ki, M.Rəsulzadə qəsəbəsində yerləşən mağazadan naməlum şəxslər oğurluq edib.
Muxalifet4 - 16-09-2019
Həftədə iki dəfə günorta mürgüsü - İnfarkt və insult riskini iki dəfə azaldır
Günorta yuxusunun faydalarına çoxumuz inanırıq, amma əvvəllər bəzi araşdırmalarda bildirilirdi ki, günorta mürgüləmək vərdişiylə ciddi ürək-damar xəstəlikləri və hətta ikinci tip şəkər xəstəliyi arasında əlaqə ola bilər.
İsveçrənin Lozanna şəhərindəki universitet hospitalının alimləri bu məsələyə aydınlıq gətirmək məqsədilə günorta yuxusunun sağlamlığa təsirini öyrənmək qərarına gəliblər.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, beş ildən çox davam edən araşdırmaya daha əvvəl ürək-damar sistemində heç bir ciddi problemi olmayan 3,5 min isveçrəli cəlb edilib.
Muxalifet - 16-09-2019
Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı binanın qarşısında qeydə alınıb. Bakı şəhər sakini - 1983-cü il təvəllüdlü Abdullayev Qalib Malik oğlu həmin ünvanda tanımadığı naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb. Yaralı təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 16-09-2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın QORXUNC SSENARİSİ
Gün kimi aydındır ki, Səudiyyə Ərəbistanındakı neft zavodlarına edilən hücumun arxasında İran durur.
Bu sözləri Axar.az-a ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik Ərəbistanın neft zavodlarına PUA hücumunu şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, açar binaların xüsusi dəqiqliklə hədəf alınması bunu İranın etdiyinə şübhə yeri qoymur:Muxalifet - 16-09-2019
Ermənistan total hərbi təlimlərə başlayır - ORDUSU VƏ ƏHALİSİ İLƏ
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 24-dən oktyabrın 5-dək ölkədə genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
"Strateji təlimlər Silahlı Qüvvələrin tam cəlb edilməsi və ehtiyat qüvvələrin səfərbərliyə alınması ilə keçiriləcək. Müdafiədən başlamış hücuma və düşmənin məhvinə qədər görünməmiş müdafiə tədbiri olacaq ki, bütün ölkə və hər kəs buna cəlb ediləcək",- məlumatda deyilir.
Muxalifet4 - 16-09-2019
Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər
Türkiyə ilə Rusiya arasında yeni silah anlaşması imzalana bilər. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Dövlət başçısı Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin ikinci hissəsinin artıq Türkiyəyə çatdırıldığını qeyd edib. V.Putin həmçinin hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Putinlə birlikdə “MAKS-2019” hava sərgisində olmuş, “SU-35” və “SU-57” qırıcıları ilə maraqlanmışdı.
Muxalifet - 16-09-2019
Tanınmış aktrisada beyin xərçəngi aşkarlandı - Ölmək üzrədir
Bir neçə gün əvvəl məşhur aktrisa Anastasiya Zavorotnyukun beynində xərçəng şişi aşkalrlanması barədə məlumatlar yayılıb.
Muxalifet.az bizimyol.info-ya istinadla xəbər verir ki, gözəl aktrisanın xəstəliyi uzun müddət mediadan gizlədilib. Qonşuları onun həddən artıq şişmanladığını və saçlarının töküldüyünü, tanımaz hala düşdüyünü söyləyiblər.
Muxalifet - 16-09-2019
“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” - ƏRDOĞANDAN SENSASİON AÇIQLAMA
Türkiyə, Rusiya, İran prezidentlərinin Ankarada keçirilən Suriya Zirvə görüşü başa çatdıqdan sonra hər üç lider mətbuat konfransı keçirib.
Muxalifet4 - 16-09-2019
Teleaparıcının toyunda erotik qalmaqal - Bəyin valideynləri toyu tərk etdi - VİDEO
Televiziya aparıcısı Kseniya Sobçak və rejissor Konstantin Boqomolovun evliliyinin, eləcə də sonrakı bayram ziyafətinin təfərrüatları məlum olub.
Muxalifet.az NTV-yə istinadən xəbər verir ki, rejissorun toydan sonrakı ziyafətdə iştirak edən valideynləri gəlinin qonaqlara təqdim etdiyi "yaradıcı hədiyyə”dən şoka düşüblər.
Jurnalistlərin bildirdiyinə görə, gəlinlərinin erotik rəqsi "təzə bəyin” valideynlərini çaşqınlığa salıb.Muxalifet - 17-09-2019
İşğal olunmuş ərazilər üzrə yeni düstur - Nazir müharibənin VAXTINI AÇIQLADI
Ukraynanın xarici işlər naziri Vadim Pristayko ICTV telekanalının efirində Donbasda münaqişənin dayandırılması üzrə “Zelenski düsturları”nın (Ukrayna prezidenti Vladimir Zelenski –red.) mövcudluğu haqqında danışıb.
Nazirin sözlərinə görə, bu düsturun tərkib hissələrindən biri münaqişə yaxın gələcəkdə həll olunmasa, yeni radikal tədbirlərə keçidi nəzərdə tutur.
Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, ölkə hakimiyyətinin “hər şey üçün” yalnız yarım ildən bir ilə qədər vaxtı var.
Muxalifet - 17-09-2019