Axtarış

The search found 105716 results in 0.028 seconds.

Search results

  1. “Özüm özümə nifrət edirəm ki…” – Mənsimov ŞOK VİDEO PAYLAŞDI

    Palmali Holdinqin prezidenti Mübariz Mənsimov sosial şəbəkədə video paylaşıb və Azərbaycanda yol təsərrüfatı ilə məşğul olan qurumları tənqid edib.

    Yenisabah.az bildirir ki, sözügedən video gəlinggətirdi mərasimindən çəkilib və yollar o qədər bərbad durumdadır ki, bəy gəlin maşını, onu müşayət edənlərin hamısı nəqliyyat kimi yük maşınlarından istifadə etməyə məcbur olublar. M. Mənsimov yazır:

    “Bu videonu bir dostum mənə göndərdi. Bura Azərbaycanın cənub bölgəsi, Astaradır. Bu videoya baxdıqca, özüm özümə nifrət edirəm ki, biz hansı dövrdə yaşayırıq? 

    Muxalifet - 17-09-2019

  2. İlham Əliyevin gəncliyində sürdüyü maşın tapıldı - FOTO

    Azərbaycan prezidentinin 1980-ci ildə sürdüyü avtomobilin fotosu yayılıb. Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, Lipetskdə yerləşən "Qaliçya qora" qoruğunda 1975-ci il istehsallı "Ford Qrenada" avtomobili var. Qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib. Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycan mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.

    Muxalifet - 17-09-2019

  3. BAKIDAN MÜHARİBƏ ANONSU - hazırlıqlar bitir...

    ABŞ səfəri öncəsi Paşinyana Azərbaycanın müdafiə nazirindən ayıldıcı mesaj: “Sözümüzü yaxın vaxtda döyüş meydanında deyəcəyik!..”; daha 10 min əsgərimiz poliqona çıxarıldı; Bakı silahlanma strategiyasını da təkmilləşdirir - mühüm gəlişmə...

    Muxalifet - 17-09-2019

  4. “Ruhi xəstə necə çətəni kolları yetişdirə bilər?…” - Həbsdə yatan Şirvan sakininin ailəsindən ölkə başçısına müraciət – VİDEO

    Şirvan şəhər sakini İslamov Xəyal Sadiq oğlu qardaşı Məhəmməd İslamovun haqsızlıqla üzləşdiyini və bu səbəbdən məhbəs həyatı yaşamağa məhkum olduğunu bildirir.

    Muxalifet - 17-09-2019

  5. Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

    Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb.

    Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.

    Muxalifet - 17-09-2019

  6. İsrail növbədənkənar seçkilərə gedir

    17 sentyabr seçkilərinin favoriti yenə də sağ partiyalar və Netanyahudur, amma baş nazirə qarşı ciddi müxalifət var

    Sentyabrın 17-də İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkinin favoriti yenə də hazırkı baş nazir Benyamin Netanyahudur. Ancaq hazırkı baş nazirə qarşı ciddi tənqidlər var.

    Muxalifet - 17-09-2019

  7. Bir daha MİQ-29 qırıcısının qəzaya uğraması haqda - MÜDAFİƏ NAZİRİ YENƏ YALAN DANIŞDI...

    Bu ilin iyulunda ordumuzun MİQ-29 təyyarəsinin Xəzərə düşməsilə bağlı bir daha yazmayacaqdım. 

    Muxalifet - 17-09-2019

  8. Nazirlikdən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

    Muxalifet - 17-09-2019

  9. ​“Bir insan fahişə ilə evlənmək istəyirsə, evlənə bilər” – Yüzbəyov

    “Cəmiyyətin “Zəhər tuluğu”na ehtiyacı var idi. Bu ideya ilk yarananda Adil çox ciddi personaj deyildi. O, sadəcə acıdil, hamını bezdirən, hamının zəhləsini tökən adi bir obraz idi. Vaxt keçdikcə özü də bilmədən dönüb filosof oldu. Adilə ehtiyac var imiş ki, sevildi”.
    Muxalifet.az
    xəbər verir ki, bu sözləri “Zəhər Tuluğu” qısametrajlı filmdə Adil obrazı ilə tamaşaçıların həm məhəbbətini, həm də müəyyən mənada "nifrətini" qazanan aktyor Taleh Yüzbəyov Publika.az-a verdiyi müsahibəsində deyib:

    Muxalifet - 17-09-2019

  10. Mariya Stadnikdən 10:0 hesablı qələbə - Yenilənir

    Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
    Muxalifet.az
    xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.

    50 kq
    Təsnifat - Mariya Stadnik - Miessiney Mersi Genesis (NGR)

    53 kq
    Təsnifat - Türkan Nəsirova - Nina Hemmer (GER)

    ***

    Muxalifet - 17-09-2019

  11. Milli Təhlükəsizlik Xidmətinin direktoru Qarabağa görə istefa verib? - VANETSYAN FÜZULİDƏ NƏ DANIŞMIŞDI...

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın dünən qəfildən istefa verməsi onunla baş nazir Nikol Paşinyan arasında Qarabağa dair yaranmış ixtilaflarla bağlı ola bilər. Virtualaz.org xəbər verir ki, belə versiya erməni KİV-lərində irəli sürülür. Artur Vanetsyan demarş xarakterli bəyanatla çıxış edərək bu vəzifədə qalmasını “zabit şərəfi ilə uyğun gəlməyən” məsələ adlandırıb. Və istefasının “ayıldıcı mesaj” olduğunu vurğulayıb.

    Muxalifet - 17-09-2019

  12. Putin suala "Quran"dan sitat gətirərək cavab verdi

    Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.
    Muxalifet.az
    qafqazinfo-ya isitnadən xəbər verir ki, Ankarada səfərdə olan Kreml rəhbəri suala "Quran"dan sitat gətirməklə cavab verib:
    "Türkiyədə olduğum üçün müqəddəs "Quran"dan bu sətirləri xatırlamaya bilmərəm: "Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi". Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır".

    Muxalifet - 17-09-2019

  13. 27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını OĞURLADI - Azərbaycanda ŞOK OLAY

    Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar.

    Muxalifet - 17-09-2019

  14. Bakı metrosunda həyəcan - MAŞİNİST İŞIQLARI SÖNDÜRDÜ

    Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problemlər yaranıb.
    Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, “Həzi Aslanov” istiqamətindən “Dərnəgül” istiqamətinə hərəkət edən qatarlarda sərnişin sıxılığı müşahidə edilib.
    Eyni zamanda qatarlar tuneldə yubanıb. Məsələ ilə əlaqədar olaraq “Bakı Metropoliteni” ilə əlaqə saxladıq.
    Qurum rəsmisi Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, səhər saatlarında sərnişinlər "Xalqlar Dostluğu" stansiyasında qatarın qapılarını tutub saxlayıblar.

    Muxalifet - 17-09-2019

  15. 28 erməni fahişə saxlanıldı- VİDEO

    Ermənistan polisi Yerevanın müxtəlif  rayonlarında fahişəliklə məşğul olan 28 qadını həbs edib.
    Moderator.az xəbər verir ki, işğalçı ölkə saytlarının  yaydığı məlumata görə, sentyabrın 15-dən 16-a keçən gecə paytaxt küçələrində keçirilmiş reyd zamanı saxlanılan erməni qadınlar əxlaqsızlıq yuvaları yaratmaqda, ictimai asayişi pozmaqda,  gecə saatlarında toplaşdıqları yerdə səs-küy salaraq sakinlərin istirahətinə mane olmaqda və s. günahlandırılır.

    Muxalifet - 17-09-2019

  16. Məktəb yeməkxanasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 40 nəfər xəstəxanaya aparıldı

    Ukraynanın Vinnitsa bölgəsində məktəb yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Bu barədə Ukrayna Dövlət Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

    Məlumatda bildirilib ki, məktəb yeməkxanasında yemək yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 40 nəfərə çatıb.

    Muxalifet - 17-09-2019

  17. Samirənin oğlunu hovuza atıblar - “Başı pis vəziyyətdə idi”

    Meyxanaçı Samirə Yusifqızının başına iş gəlib.

    “Qafqazinfo” xəbər verir ki, ifaçının oğlu qısa müddət əvvəl hovuzda ağır xəsarət alıb.

    Bu barədə aparıcı Elgiz Əkbər Məlumat verib. O, öz proqramında qeyd edib ki, meyxanaçının oğlunun vəziyyəti qənaətbəxşdir:

    “Çox ağır bir həyat keçirdi. Balası həyatla savaşırdı. Onun oğlunu dostlarından biri qəsdən hovuza itələdi. Uşağın baş-beyni pis vəziyyətə düşdü”.

    Muxalifet - 17-09-2019

  18. Tələbə qız atraksiondan yıxıldı, REANİMASİYADADIR - Azərbaycanda ŞOK HADİSƏ

    Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub.

    2003-cü il təvəllüdlü X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan qız dərhal əməliyyata alınıb.

    Sidik kisəsinin əməliyyatı üçün Şəkiyə Bakıdan həkimlər çağırılıb. Hazırda vəziyyəti ağır orta olan X.Durmuşova reanimasiya şöbəsində müalicə alır.

    Xatırladaq ki, X.Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir. //trend

    Muxalifet - 17-09-2019

  19. Kral Salman üçün neft qiyaməti: onlarla raket və dronlar İrandan buraxılıb - ABŞ KƏŞFİYYATI AÇIQLADI

    Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu Yəməndə fəaliyyət göstərən husi qruplaşması deyil, birbaşa İran həyata keçirib.

    Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” ABŞ kəşfiyyatına istinadən yazır. Qəzetin yazdığına görə Səudiyyə ərazisində cəmi 19 hədəf vurulub. İran bu məqsədlə 20-dən çox zərbə pilotsuz təyyarəsi və “ən azı bir düjn” raket istifadə edib. Analoji məlumatı ABŞ kəşfiyyatına istinadən ABC News telekanalı da yayıb.

    Muxalifet - 17-09-2019

  20. SOBR xüsusi təyinatlıları mafiyanın görüşünü alt-üst etdi - AZƏRBAYCANLILAR DA TUTULDU

    Ötən gün Sankt-Peterburqda SOBR xüsusi təyinatlı dəstəsi və cinayət-axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası”nın üzvləri saxlanılıb.

    Bu barədə nüfuzlu “Fontanka” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, tədqiqatçılar üç etnik qruplaşma avtoritetlərinin yığıncağına müdaxilə ediblər. Petroqraddakı "Mosarella" restoranında Çuvaşıyadan, Azərbaycandan və Gürcüstandan olan “oğru dünyası”nın nümayəndələrinin şam etdiklərini öyrənən güc strukturları zorla restorana daxil olublar.

    Muxalifet - 17-09-2019

Pages