Axtarış

The search found 105716 results in 0.048 seconds.

Search results

  1. Bakıda sürücü "Maserati" ilə 25 yaşlı qızı vuraraq öldürüb

    akının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobil vurub.

    Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 17-09-2019

  2. Azərbaycan neftinin qiyməti bahalaşdı

    CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 71,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,36 dollar/barel çoxdur.

    Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,35 dollar/barel çoxdur.

    Muxalifet4 - 18-09-2019

  3. Putinlə Zelenskinin görüş vaxtı açıqlandı

    Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında keçiriləcək ilk görüşün vaxtı məlum olub. 

    Rusiya mətbuatı xəbər verir ki, prezidentlərin görüşü oktyabr ayına planlaşdırılır.

    Muxalifet4 - 18-09-2019

  4. Azərbaycanda abort edən qadınların sayı məlum oldu - DƏHŞƏTLİ STATİSTİKA

    Azərbaycanda abort edən qadınların sayı azalıb.

    Trend-in məlumatına görə, 2018-ci ildə ölkədə 36 141 abort (2017-ci ildə 37 618) qeydə alınıb.

    Onların 815-i və ya 2,3 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 2018-ci ildə hər 1 000 fertil (15-49) yaşda olan qadına 13,7 abort düşüb.

    Ölkədə ötən il hər 1000 nəfər fertil qadına düşən abortların sayı azalsa da, bu göstərici əvvəlki illərə nisbətən yüksəkdir. 2000-ci ildə hər 1000 nəfər fertil yaşda olan qadına 7,8 abort, 2010-cu ildə 9,9 abort düşüb.

    Muxalifet4 - 18-09-2019

  5. Bərdədə şiddətli külək fəsadlar törədib

    Axşam saatlarında Bərdə rayonunda əsməyə başlayan güclü külək elektrik təsərrüfatına ziyan vurub.

    "Report"un Qarabağ Mərkəzi məlumat verir ki, hazırda Bərdə şəhəri də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisi nəqlində fasilələr yaranıb.

    "Azərişıq" ASC-nin Bərdə rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, enerji təminatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.

    Muxalifet4 - 18-09-2019

  6. Həbib növbəti dəfə bu ölkədə yarışmaq istəyir

    UFC çempionu Həbib Nurməhəmmədov növbəti qarşılaşmasını Rusiyada keçirmək istəyir.

    “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sonuncu dəfə Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edən idmançı bu dəfə iki şəhər seçimi edib.

    “UFC ilə danışıqlar aparır. Mən çox istəyirəm ki, Rusiyada yarış keçirilsin. Ya Moskva, ya da Peterburq olacaq. Çox istəyirəm. Danışıqlar aparılır və 80% əminlik var ki, növbəti döyüşüm Rusiyada olacaq”, - deyə Həbib bildirib.

    Muxalifet4 - 18-09-2019

  7. “Ronaldo məni yamsılayır” – Türk müğənnidən maraqlı açıqlama - Foto

    Türk müğənni Yılmaz Morgül yenə açıqlamaları ilə gündəm olub.

    Axşam.az xəbər verir ki, şou-biznesdə ən yaxşı bədən quruluşuna sahib olduğunu iddia edən ifaçı bu dəfə məşhur futbolçu Ronaldoya söz atıb.
    “Həm bədənim Ronaldodan daha gözəl və düzgündür, həm də boyum ondan uzundur. O, məni yamsılayır".

    Muxalifet4 - 18-09-2019

  8. Çempionlar Liqasında ilk tur - NƏTİCƏLƏR

    Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
    İlk oyun günündə E, F, G və H qruplarında 8 görüş keçirilib. Turnirin son qalibi "Liverpul" İtaliya səfərində “Napoli” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
    Dortmund "Borussiya"sı evdə "Barselona"nı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.
    “Çelsi" isə doğma meydanda "Valensiya"ya uduzub - 0:1.

    17 sentyabr

    UEFA Çempionlar Liqası

    F qrupu

    Muxalifet - 18-09-2019

  9. Bu gün bu rayon və qəsəbələrdə qaz olmayacaq

    Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 18-də saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
    Muxalifet.az
    “Azəriqaz”a istinadən xəbər verir ki, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində də qaz fasilələrlə veriləcək.

    Muxalifet - 18-09-2019

  10. Azərbaycanda ötən il 545 körpəni... - ŞOK STATİSTİKA

    Azərbaycanda ötən il 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub.

    2018-ci ildə 97 uşaq yaşı 16-dək, 448 uşaq 16 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.

    2018-ci ildə ölkədə 20 yaşadək qadınlar tərəfindən ümumilikdə 13246 uşaq doğulub.

    Muxalifet - 18-09-2019

  11. Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...

    Yapon mütəxəssislər niyə Badamdar yoluna çarə tapa bilmədilər? Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən həftə əraziyə baxış keçirib və...

    Muxalifet - 18-09-2019

  12. “BACARMIRSAN İŞDƏN ÇIX...” - Polis generalı ilə Paşinyan arasında SƏRT MÜBAHİSƏ

    Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə edib və istefa ərizəsi yazıb. Bu haqda erməni KİV-ləri yazır.

    Məlumata görə Təhlükəsizlik Şurasının iclasında bir sıra daxili məsələlər, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası və Amulsaran qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması müzakirə olunub.

    Muxalifet - 18-09-2019

  13. Bölgədə böyük sülhün yeganə formulu: “Qarabağ Azərbaycanındır, nöqtə”

    İrəvana ismarış: bu, Bakının maksimalist mövqeyi deyil, müharibədən qaçmağın tək yoludur...

    Rəsmi İrəvan Qarabağ danışıqlarını daha da mənasız edən təxribatçı bəyanatlarını davam etdirir. Belə təxribatçı ritorikanı Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri öncəsi və iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın gələn həftə Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində də  müşahidə etməkdəyik. 

    Muxalifet - 18-09-2019

  14. ABŞ VƏ RUSİYANIN QIRICI YARIŞI – İmkanlar o qədər qeyri-bərabərdir ki…

    2019-cu ilin iyulundan Rusiya radarlara yaxalanmayan çoxfunksiyalı beşinci nəsil “Su-57” qırıcılarının alınmasına başlayıb. Silahlı qüvvələrlə bağlanan müqaviləyə əsasən 2028-ci ilə kimi 76 qırıcı alınması nəzərdə tutulur. Lakin bəzi ekspertlər burada söhbətin kütləvi istehsaldan getməsinə şübhəylə yanaşırlar. Çünki “Su-57”-lərin istehsal proqramı ilə əlaqdar çoxsaylı təxirəsalınmalar yaşanıb.

    Muxalifet - 18-09-2019

  15. Vilayət Eyvazov sərəncamda olan rəisə VƏZİFƏ VERDİ

    Daxili İşlər orqanlarında növbəti təyinat olub.

    Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis kapitanı Seymur Quliyev Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub. 

    Xəbəri Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

    Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

    Muxalifet - 18-09-2019

  16. Rusiyalı məmurun Naftalanda çimdiyi “şokolad vannası” haqda yeni bilgilər

    Ulyanovsk vilayətinin korporasiya rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub, bəs əslində... Rusiyalı məmurun Azərbaycandakı hotellərin birində qəbul etdiyi “şokolad vannası” artıq onun öz başına bəla olmaqla yanaşı, Rusiya mətbuatda da ən çox müzakirə olunan mövzuya çevrilib. Belə ki, Ulyanovsk vilayətinin İT-korporasiyasının rəhbəri Svetlana Openışeva Azərbaycanda “şokolad vannası”ndan paylaşdığı fotoya görə müzakirələrə səbəb olub.

    Muxalifet - 18-09-2019

  17. Adnan Oktar ilk dəfə cinayətlərindən DANIŞDI: "Qadınları Allah eşqinə sevdim, Tarkan isə..."

    “Mən mənə bağlı qrupdakı qadınları Allah eşqi ilə sevdim”.
    Bunu Türkiyədə özünü din xadimi kimi təqdim edib 30-a yaxın ağır cinayətdə ittiham olunan Adnan Oktar məhkəmədə ifadə verərkən deyib.

    Muxalifet - 18-09-2019

  18. İmamoğlunun azərbaycanlı dostu: “Hələ 2010-cu ildə ona təklif etdim ki, siyasətə qatılsın”

    “Öz bağ evimdə mənə sui-qəsd etdilər, özüm 5 güllə yarası aldım, azyaşlı oğlum və yaxın qohumum öldü”
    Uzun illər Daxili İşlər Nazirliyində xidmət keçmiş polis polkovniki, 1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin, 2000-2005-ci illərdə isə II çağırış Milli Məclisin (83 saylı Saatlı Sabirabad seçki dairəsindən) deputatı olmuş Cahangir Hüseynov Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

    Muxalifet - 18-09-2019

  19. ​“Maserati” ilə qızı vurub öldürdüyü deyilən sürücü DANIŞDI - VİDEO

    Bakının Nərimanov rayonunda  “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb. 
    Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:
    “Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”. 

    Muxalifet - 18-09-2019

  20. SON DƏQİQƏ: Güclü zəlzələ baş verdi, XƏSARƏT ALANLAR VAR

    İranın qərbində yerləşən Kürdüstan vilayətində zəlzələ baş verib. Muxalifet.az xəbər verir ki, ötən gecə ard-arda 4,4 və 3,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Nəticədə dağıntılar yaranıb və 2 nəfər xəsarət alıb. Qeyd edək ki, son bir neçə gündə İranın bir sıra vilayətlərində ard-arda güclü zəlzələlər qeydə alınır.

    Muxalifet - 18-09-2019

Pages