Axtarış

The search found 105716 results in 0.028 seconds.

Search results

  1. Müəllimlərin etdiyi BİABIRÇILIQ

    Dünən Azərbaycanda yeni tədris ilinin ilk dərs günü idi. 1 525 016 şagird təhsil müəssilərinə dərsə getdi və təbii ki, onları öz müəllimləri qarşıladı. Dünən dərsə gedən şagirdlərin bir çoxu gül buketləri də aparmışdılar, sevimli müəllimlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik etmək üçün... Və həmin buketlər müəllimlərə verildi... Amma təəssüf ki, şagirdlərinin gətirdiyi gül buketlərinə ağız büzən müəllimlər də oldu... Və elə bu səbəbədən də hövsələsizlik edib onlara təqdim olunan gül dəstələrini zibil qutularına tulladılar...

    Muxalifet - 17-09-2019

  2. “Nazirlərin “WhatsApp”dan istifadə etmələri “böyük səhvdir”” – Edvard Snouden

    Keçmişdə Amerikanın kəşfiyyatçısı olan Edvard Snouden, məmurlara və hökumət üzvlərinə “WhatsApp” və “Telegram” dan istifadə etməməyi tövsiyə edir.

    Edvard Snouden bu barədə Fransanın “France Inter” radiostansiyasına verdiyi müsahibədə bildirib ki, nazirlərin “WhatsApp” dan istifadə etmələri “böyük səhvdir”.

    Qeyd edək ki, Fransanın baş naziri Eduard Filipp və prezidenti Emmanuel Makron da bu sosial şəbəkələrdən istifadə edirlər. Snouden bir daha xatırladır ki, 2014-cü ildə “Facebook Inc” tətbiqin sahibi oldu.

    Muxalifet - 17-09-2019

  3. DÜŞMƏN SƏFƏRBƏRLİK ELAN EDİR: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...

    Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən oktyabrın 5-nə qədər Ermənistanda irimiqyaslı hərbi təlimlər keçiriləcək.
    Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi hərbi təlimlərin bütün ölkəni əhatə edəcəyi, hər bir ölkə vətəndaşının bu təlimlərin təsirini gündəlik yaşamında hiss edəcəyini bildirib.

    Muxalifet - 17-09-2019

  4. Qubada əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürdülər - VİDEO

    Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirli bilinən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
    "Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
    Məhkəmə hazırlıq iclası sentyabr ayının 24-nə təyin olunub. 
    Qeyd edə ki, hadisə Quba raynunda baş verib.

    Muxalifet - 17-09-2019

  5. Ələt körpüsündəki dəhşətli qəzanın GÖRÜNTÜSÜ YAYILDI - VİDEO

    Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb. 

    Muxalifet.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.

    "Mercedes" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edir.

    Görünür ki, dovşan almaq istəyir. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onun avtomobilinin üstündən keçir.

    Qəza nəticəsində 2 nəfər həyatını itirir. "Kamaz" sürücüsü isə fikirli olduğunu və avtomobili gec gördüyünü bildirib.

    Muxalifet - 17-09-2019

  6. İşğal bölgəsinin adı dəyişdirilir - SENSASİON ADDIM

    Krım Respublikasına tarixi Tavrida adının verilməsi təşəbbüsü geniş ictimai müzakirədən keçməlidir, bunun hərtərəfli dəstək alacağını düşünürəm.
    Bunu Rusiya prezidentinin Ukraynanın işğal edilmiş Krım bölgəsindəki daimi nümayəndəsi Georgi Muradov deyib.
    Muradovun sözlərinə görə, belə bir təklif geniş ictimai müzakirədən keçməli və hərtərəfli dəstək almalıdır: “Bundan sonra formalaşdırılmış və əsaslandırılmış mövqe Krım Respublikasının Dövlət Şurasına müraciət şəklində rəsmiləşdirilə bilər”.

    Muxalifet - 17-09-2019

  7. ​Toyda ŞOK GÖRÜNTÜLƏR: Gəlin striptiz göstərdi, sonra yatağa girdi və bəylə... - VİDEO

    Bir neçə il əvvəl Rusiyada keçirilən seçkilərdə prezidentliyə namizədliyini irəli sürən Kseniya Sobçak öz toyunda striptiz göstərib.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, toyun ortasında teleaparıcı bütün qonaqları rəqsi ilə təəccübləndirib. Gəlin bir neçə rəqqasın müşayiəti ilə səhnədə bəy üçün əsl şou nümayiş etidirib. O, İrina Alleqrovanın "йди в меня, войди в мои сны" mahnısının sədaları altında rəqs edib. Rəqsin sonunda aparıcı yatağa uzanıb, rəqqaslar isə təzə bəyi onun yanına gətirib.

    Muxalifet - 17-09-2019

  8. "Arif Hacılı ilə eyni düşünsəydim, namizəd olmazdım" - Tofiq Yaqublu

    Məlum olduğu kimi, oktyabrda Müsavat partiyasının qurultayı keçiriləcək. Hazırkı başqan Arif Hacılı namizəd olacağını rəsmən bəyan etməsə də, onunla bərabər Tofiq Yaqublu ilə Yadigar Sadıqlının başqanlığa namizəd olacağı bəllidir. Bu barədə Unikal.org-a açıqlama verən başqanlığa namizədlik iddiasını ortaya qoyan Tofiq Yaqublu deyib ki, bütün demokratik təşkilatlarda seçkilər keçirilməlidir, Müsavatda da bu proses baş verir.

    Muxalifet - 17-09-2019

  9. "Azərbaycan resurs gəlirlərini büdcəyə ən çox cəlb edən ölkədir" - QUBAD İBADOĞLU

    "Bugünlərdə Maliyyə Nazirliyi 2020-ci il üçün büdcə layihəsinin bir sıra göstəricilərini açıqlayıb. Onlar arasında ən çox diqqət çəkən 2 göstəricini müqayisəli şəkildə təqdim edirəm. Məlumatınız üçün onu da bildirmək istərdim ki, bu ölkələr arasında resurs gəlirlərini büdcəyə ən çox cəlb edən Azərbaycandır". Muxalifet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

    Muxalifet4 - 17-09-2019

  10. Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi

    Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Kənan Məmmədov şahid qismində ifadə verib.

    Muxalifet4 - 17-09-2019

  11. İşğal bölgəsinin adı dəyişdirilir - SENSASİON ADDIM

    “Krım Respublikasına tarixi Tavrida adının verilməsi təşəbbüsü geniş ictimai müzakirədən keçməlidir, bunun hərtərəfli dəstək alacağını düşünürəm”.

    Bunu Rusiya prezidentinin Ukraynanın işğal edilmiş Krım bölgəsindəki daimi nümayəndəsi Georgi Muradov deyib.

    Muradovun sözlərinə görə, belə bir təklif geniş ictimai müzakirədən keçməli və hərtərəfli dəstək almalıdır: “Bundan sonra formalaşdırılmış və əsaslandırılmış mövqe Krım Respublikasının Dövlət Şurasına müraciət şəklində rəsmiləşdirilə bilər”.

    Muxalifet4 - 17-09-2019

  12. Poroşenko parlamentdə yatıb qaldı... - VİDEO

    Ukraynanın sabiq Prezidenti Petro Poroşenko ötən gün Ali Radanın iclasında mürgüləyib.

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin anın görüntülərini eks-deputat Aleksandr Onişenkop feysbuk hesabında paylaşıb.

    “Petro yorulub, yuxudan ayıla bilmir. Çünki gecə-gündüz təcavüzkarı necə dayandıracağını düşünür”, - deyə o, qeyd edib.

    Eks-dövlət başçısının bu görüntüləri sosial şəbəkədə lağlağılı müzakirələrə səbəb olub. Belə ki, bəziləri onun artıq çox qocaldığını deyərək evdə oturmağı məsləhət görüblər.

    Muxalifet4 - 17-09-2019

  13. Göyçayda 78 yaşlı kişini oğlu bıçaqladı

    Göyçayda 78 yaşlı kişi oğlu tərəfindən bıçaqlanıb.

    Belə ki, Göyçay şəhər sakini, 1941-ci il təvəllüdlü  Aydın Məmmədov  müxtəlif  dərəcəli bıçaq xəsarətləri ilə, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    İlkin məlumatlara görə hadisə onun oğlu tərəfindən törədildiyi deyilir.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 17-09-2019

  14. Həbib Nurməhəmmədovdan məğlub etdiyi rəqibinə böyük jest

    MMA üzrə yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov son döyüşdə məğlub etdiyi Dastin Poryenin xeyriyyə fonduna 100 min dollar köçürüb.

    Azxeber.com-un məlumatına görə, rusiyalı idmançının bu addımı atmasını ABŞ döyüşçüsünün özü açıqlayıb.

    D.Porye bildirib ki, H.Nurməhəmmədov bu məbləği "Good Fight Foundation”un hesabına köçürüb. Bu fond Uqandada içməli su quyusunun tikintisi ilə məşğuldur.

    Qeyd edək ki, H.Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən UFC-242-də D.Poryeni 3-cü raundda məğlub edib.

    Muxalifet4 - 17-09-2019

  15. Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİL AÇIQLADI

    Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının növbəti dəfə təxirə düşməsinin səbəbi açıqlanıb.

    F.Laçının vəkili Nurəngiz Qarayeva oxu.az-a açıqlamasında bildirib ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə dustaqların həm məhkəməyə gətirilməməsi, həm də dövlət ittihamçısının iclasda iştirak etməməsi olub.

    Muxalifet4 - 17-09-2019

  16. Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ

    Bakı şəhəri 162 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

    APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə bu vəzifə Nəzərova Arzu Aslan qızına tapşırılıb.

    A. Nəzərova 2003-cü ildən Bakı şəhərindəki Məktəb-Lisey Kompleksində və 162 nömrəli tam orta məktəbdə direktor müavini kimi çalışıb.

    Muxalifet - 17-09-2019

  17. Nazir onu təhsil şöbəsinin müdiri TƏYİN ETDİ

    Kəlbəcər rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub. Unikal.org-un əldə etdiyi məlumata görə, təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Fazil Zeynalov Kəlbəcər rayon Təhsil Şöbəsinə yeni müdiri təyin edilib. Xəbəri Kəlbəcər rayon Təhsil Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

    Muxalifet - 17-09-2019

  18. “Ermənistanın işğalçılıq siyasəti davam edir” – Zakir Həsənov

    “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır”

    “Report”un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşündə deyib.

    Nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqları rəsmi Yerevan tərəfindən qəsdən yubadılır.

    Muxalifet - 17-09-2019

  19. Xoşqədəm Hidayətqızı ŞOK GÖRÜNTÜLƏR YAYDI: Ermənilər Azərbaycana gələn qatarı partladıblar - VİDEO

    Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı daha bir sirli hadisənin üstünü açıb. Redaktor.az xəbər verir ki, bu gün "Xəzər" TV-də yayımlanan "Səni axtarıram" verilişində Elçin adlı gəncin taleyi haqda məlumat veriləcək. Verilişin anonsunda qeyd edilib ki, onun 26 il öncə Dağıstandan Bakıya gəldiyi qatar ermənilər tərəfindən partladılıb. Daha ətraflı videoda:

    Muxalifet - 17-09-2019

  20. Paşinyan ən reytinqli məmurunu istefaya göndərdi - Ölkə qarışdı

    Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoyub.

    Muxalifet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vanetsyanın vəzifəsindən getməsi ölkədə ziddiyyətli fikir və ittihamlara səbəb olub.

    Muxalifet - 17-09-2019

Pages